Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ölümü ilə ölümsüzlüyə ucalanlar

Tarix: 12-11-2023 19:54     Baxış: 31 387 A- / A+
Qəhrəmanlıqla ölmək insana əbədi həyat qazandırır.          
Cordano Bruno    

İnsan ömrü Allahın qoyduğu qanuna tabedir. Əgər hər canlı bir gün ölümü dadacaqsa, verilən qısa ömrü ləyaqətlə, vicdanla yaşamaq insan övladının ən böyük amili, hədəfi olmalıdır. Tarixin yaddaşına həkk olunan və dünya durduqca adı silinməyən insanlar- alimlər, filosoflar şairlər, sərkərdələr, ən əsası isə ölümü ilə ölümsüzlüyə ucalan şəhidlərimiz var.  Şəhidlər haqqında Qurani Kərimin Bəqərə suresinin 154- cü ayəsində deyilir: " Allah yolunda öldürülənlərə( şəhidlərə)"ölü" deməyin.  Əksinə, onlar diridirlər, lakin siz bunu dərk etmirsiniz." Şəhid Əhmədov Kənan Ləzgi oğlu 15 fevral 1995-ci ildə Şəmkir rayonunun  Yuxarı Çaykənd kəndində anadan olmuşdur. 2004-cü ildə ailəsi ilə birlikdə Sumqayıt şəhər Z.Tağıyev qəsəbəsinə köçmüşdü. Kənan təhsilini  qəsəbədə yerləşən Laçın rayonu F. Cəfərov adına Aşağı Cicimli kənd orta məktəbində davam etdirmiş və 2012-ci ildə  həmin məktəbdən məzun olmuşdur. Kənan Əhmədov 2015- ci ilin iyun ayında hərbi xidmətə yollanmış və 2017- ci ildə Vətənə xidmətini başa vurmuşdu. Hərbi xidmətdən qayıtdıqdan  sonra Neftayırma zavodunda çalışmağa başlamışdı. İstər məktəbdə, istər hərbi xidmətdə, istərsə də çalışdığı müəssisədə kollektivin sevgisini qazanan Kənan qohumların, qonşuların, dostların yaxın simsarı və hər kəsin güvəndiyi, hörmət etdiyi mərd oğul idi. Atasının vaxtsız vəfatı onu dərindən sarsıtmışdı. Ailədə iki qardaş idilər. Kamran ailənin ilk sevinci, atasından sonra Kənanın dayağı, yaxın sirdaşı idi.  

Anaları Narifə  xanım atasızlığın acısını çəkməsinlər deyə övladları üçün əlindən gələni edir, onları göz bəbəyi kimi qoruyurdu. Kamranı evləndirib gəlin gətirmişdi. Növbə Kənanın idi. Sonbeşiyi balasının mürvətini görmək arzusu ilə yaşayır, onun üçün xonçalar hazırlayırdı. İnsanlığın qanına susayan müharibə aman vermədi. 30 il torpaqlarımızı işğal altında tutan ermənilər xalqımıza qarşı hər cür xain planlarını həyata keçirdir, dayanmadan şəhər və kəndlərimizi atəşə tuturdular.  27 Sentyabr 2020-ci ildə ordumuz əks- hücuma keçərək düşmənə öldürücü zərbələr vurmağa başladı. Xalq dövlətin və ordunun ətrafında sıx birləşdi. Hədəf Vətən torpaqlarının düşmən tapdağından azad edilməsi, ölkənin əbədi hüzura qovuşması, şəhidlərin intiqamının alınması idi. Kənan da  bir çox Vətən övladı kimi silaha sarılaraq  döyüşlərə qatılmış və Füzuli- Cəbrayıl istiqamətində düşmənə amansız zərbələr vurmuşdu.26 Oktyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdı. Kənan Əhmədov  döyüşlərdə göstərdiyi  qəhrəmanlıqlara görə bir sıra orden və medallarla ( Füzulinin alınmasına görə; Döyüşlərdə fərqləndiyinə görə; Vətən uğrunda) təltif olunmuşdur. Vətən uğrunda canından keçən bütün oğul və qızlarımızın qarşısında baş əyirik. Məqamın uca olsun, şəhidim!

Mənsurə Xələfbəyli


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar