Sizin Reklam Burada
Xəbər lenti
17-10-2024
16-10-2024
BÜTÜN XƏBƏRLƏR

Rəisinin Əliyevə dediyi bu sözlər erməniləri dəli etdi

Tarix: 10-11-2023 10:18     Baxış: 31 080 A- / A+
Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti İbrahim Rəisi arasında Daşkənddə görüş keçirilib.
Manevr.az
xəbər verir ki, görüşdə İbrahim Rəisi “Biz, həmçinin çox sevinirik ki, Qarabağ uzun illərdən sonra öz əzəli ərazisinə qovuşdu. Bu, Azərbaycandır” sözlərini işlədib.
Rəisi Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyini vurğulayaraq, Qarabağın bərpasında Azərbaycana yardım etməyə hazır olduqlarını da xüsusi qeyd edib.
Bu barədə yayılan məlumat isə erməni sosial şəbəkə istifadəçiləri və mediasını ciddi şəkildə narahat edib. Erməni mediasının iddiasına görə, İbrahim Rəisi çıxışında “Biz, həmçinin çox sevinirik ki, Qarabağ uzun illərdən sonra öz əzəli ərazisinə qovuşdu. Bu, Azərbaycandır” sözlərini işlətməyib. Bunun sübutu kimi isə İranın rəsmi mediasında görüşlə bağlı gedən xəbərlər göstərilib.
Qeyd edək ki, həqiqətən də İranın rəsmi xəbər agentlikləri Əliyev-Rəisi görüşü haqda məlumat dərc etsələr də, təfərrüatı işıqlandırmayıblar və çıxışlardan sitatları dərc etməyiblər. Diqqətçəkən məqamdır ki, Rəisinin çıxışlarına xüsusi önəm verən İran mediası nədənsə bu görüş haqda “xəbərlə” kifayətlənib.
Buna baxmayaraq, İran Prezidenti Rəisinin rəsmi saytında görüşlə bağlı nisbətən daha müfəssəl məlumat var. Burada da çıxışların tam mətni verilməyib, ancaq Rəisinin “Qarabağ daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsini dəstəkləyirik”, “Qarabağda bərpa işlərində yardıma hazırıq” kimi sözləri əksini tapıb.
Görünür, İran mediası Ermənistanla “dostluq-qardaşlıq” əlaqələrinə “xələl gətirməmək” davranışı nümayiş etdirib, ermənilər isə bundan istifadə etməyə çalışıblar. Lakin Prezident Rəisinin rəsmi saytındakı məlumatı nəzərdən keçirməyi və görüşün videsunu izləməyi “unudublar”.axar.az

Manevr.az 



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar