Xəbər lenti
Ərləri öləndən sonra barmaqlarını kəsirlər: Dəhşətsaçan görüntülər-FOTOLAR
Dani qəbiləsi elə bir yerdə yerləşir ki, ora yalnız təyyarəylə gedib-gəlmək mümkündür. Vamen adlı qəsəbədə Papua əyalətinin yalnız son dərəcə uzaq bir bölgəsində yerləşir. İndoneziyadaki Dani qəbiləsinin ən ilginc adətlərindən biri də dəfn mərasiminə qatılarkən barmaqlarından birinin yarısını kəsmələridir. Onlar kəsilmiş barmaqlarının üstünə kül tökərək buna dözməyə çalışırlar. Dani qəbiləsi 1938-ci ildə amerikalı missioner Riçard Archbold tərəfindən kəşf edilən dünyanın ən çox dəyişikliyə uğramış qəbilələrindən biridir.
Meşənin dərinliklərində yaşayan Dani qəbiləsi geyimləri və həyat tərzləri ilə ayrı bir yaşam tərzinə malikdirlər. Əslində geyimlərinə geyim də demək olmaz, çünki bədənlərinin çox hissəsi çılpaqdır. Dani qəbiləsi sevdiklərini itirdikdə dünyanın ən ilginc yas mərasimini təşkil edirlər. Bu dəhşət saçan adət isə yas mərasimində barmaqlarını kəsmələridir. Ərlərini itirən qadınlar barmaqlarını kəsərək öz acılarını paylaşmağa çalışırlar. Bu adət o qədər geniş yayılmışdır ki, insanların barmaqlarına baxanda kimin dul, kimin subay olduğunu ayırd etmək olur.
Barmaqlarını kəsmədən öncə otuz dəqiqə həmin barmağı kəndirlə sıx bağlayırlar. Barmağı kəsən adam yaxın qohumlardan biri olur və qanı dayandırmaq üçün barmağa köz basırlar. Ancaq geniş yayılmış barmaq kəsmək adətinin fəsadlarını nəzərə alan tayfa bu adəti bir neçə il öncə yasaq edib. Ona görə də yalnız yaşlı adamlarda kəsilmiş barmaqlara rast gəlinir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar