Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

AYB-də şair Mirsəyyaf Zamanlı “Dərdin adamı”nı təqdim etdi -ŞƏKİLLƏR/VİDEO

Tarix: 31-10-2023 20:35     Baxış: 31 289 A- / A+

      Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda şəhid atası, tanınmış şair, əməkdar müəllim, Mirsəyyaf Zamanlının “Dərdin adamı” adlı növbəti şeirlər kitabının təqdimatı - “imza” günü keçirilib. 
Manevr.az xəbər verir ki, Təqdimat mərasimində Kəlbəcər rayon İca Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, şairin qələm dostları, jurnalistlər, ziyalılar, ictimaiyyət nümayəndələri, oxucular və ailə üzvləri iştirak edib.
Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sukut duruşu ilə yad edildikdən sonra Kəlbəcər ədəbi mühitinin tədqiqatçısı, filologiya üzrə fəsləfə doktoru İlham Məmmədli şairin acılı-şirinli həyat yolundan, yaradıcılığından geniş bəhs edib. 
Tədbirdə çıxış edən Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev şairi yeni kitabının işıq üzü görməsi münasibətilə rayon ictimaiyyəti və öz adından təbrik edib, ona yaradıcılıq uğurları arzulayıb.
Kitabın redaktoru Rübabə Sahib, Əməkdar jurnalist Əlövsət Ağalarov, yazıçı Seyran Səxavət, Həbib Misirov, şairlərdən Nəsib Nəbioğlu,  Qəşəm Nəcəfzadə, Namiq Dəlidağlı, Rövşən Hüseynli, Qəzənfər Mənsimoğlu, İlham Qazaxlı, pedaqoq Həqiqət Şükürova, Novruz Nəbioğlu və başqaları Mirsəyyaf Zamanlıya ədəbi-bədii yaradıcılığında uğurlar arzulayıb, yeni kitabının işıq üzü görməsi münasibətilə təbrik ediblər. Çıxışçılar şairin yaradıcılığının bəzi məqamlarına toxunublar.
Bədii qiraətçilər şairin şeirlərindən nümunələr söyləyib. Aşıq Ədalət Dəlidağlının ifasında şairin şeirləri səsləndirilib.  
Sonda M.Zamanlı yeni şeirlərini oxuyuyb, oxucular üçün kitabını imzalayıb, tədbir iştirakçılarına öz minnətdarlığını bildirib.

Nigar Nəriman
Manevr.az
























        
    
    


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar