Xəbər lenti
Aqil Məmmədov: İlham Əliyevin 20 illik Prezidentlik dövrü müasir tariximizin ən parlaq səhifələrindəndir
Bildiyiniz kimi cənab İlham Əliyev 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində seçicilərin 76.8 faiz səsini toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçilib. Bu, müasir tariximizin ən parlaq səhifələrindən biridir.
“İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, deyən Ulu Öndər Heydər Əliyev Azərbaycanın bu günü və gələcəyi üçün böyük bir təminat vermiş oldu. Xalq İlham Əliyevi Prezident seçməklə Ulu Öndər Heydər Əliyevin siyasətinin davam etdirilməsinə öz səsini verdi.
Bu da müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinə, vətəndaş həmrəyliyinin bərqərar olmasına, müttəfiqlərimizin və dostlarımızın sayının artmasına əsas səbəb oldu.
Bunu Manevr.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
Deputat vurğulayıb ki, bu müddət ərzində ölkəmizdə nəhəng infrastruktur layihələrinin həyata keçirilməsi, nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Olimpiya idman komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına, yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafına, minlərlə məktəb tikilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi təhsilin zamanın tələblərinə uyğun qurulmasına mühüm töhfələr verdi.
"Bu gün Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməyə başladı. Bakı-Tbilisi-Qars dəmir yolunun açılması ilə Asiyanı Avropa ilə birləşdirəcək bütöv kommunikasiya xətti yarandı. Azərbaycan neftini birbaşa dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi kimi nəhəng layihələrin icrasına nail olundu.
Bu da insanların rifah halını daha da yaxşılaşdırdı və xalqa verilən vədlər bütünlüklə yerinə yetirildi.
Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizə beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı strateji tərəfdaş imici qazandırıb."
A.Məmmədov bildirib ki, Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir:
"2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı.
Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi.
Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Beləliklə, 44 günlük Vətən müharibəsi torpaqlarımızın uzun müddət davam edən işğalına son qoydu.
Bu Zəfər yürüşündə də Azərbaycan və Türkiyə daim bir-birinə dəstək göstərdir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi Azərbaycana əlavə güc verdi. Tarixi Şuşa Bəyannaməsini imzalayaraq Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı.
Bu gün tarixi Qələbəmizin nəticəsi kimi azad olunmuş ərazilərimizə, Qarabağa Böyük Qayıdış başlayıb.
Son antiterror tədbirlərinin nəticəsində Azərbaycan öz suverenliyini bərpa etdi. Uzun illərdən bəri, Qarabağda kök atan qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyaraq təslim oldu. Müzəffər Ali Baş Komandan, Azərbaycan əsgəri və Azərbaycan xalqı bir daha sübut etdi ki, şəhidlərimizin qanı yerdə qalmadı", deyə A.Məmmədov qeyd edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar