Sizin Reklam Burada
Xəbər lenti
27-04-2026
26-04-2026
BÜTÜN XƏBƏRLƏR

"Özün bilirsən sən kimsən" -Gülüstan Əliyevadan meyxanaçıya sərt cavab

Tarix: 22-05-2017 12:58     Baxış: 5382 A- / A+
"Özün bilirsən sən kimsən"


Meyxanaçı Samirə Yusifqızı ilə əməkdar artist Gülüstan Əliyeva arasındakı mahnı qalmaqalı səngimək bilmir.

Manevr.az axşam.az-a istinadən xəbər verir ki, G.Əliyeva səsləndirdiyi "Ay nənə" mahnısını ilk dəfə özünün ifa etdiyini və aranjmanın ona məxsus olduğunu bildirən Samirəyə "10-dan sonra" verilişi vasitəsilə cavab verib.

O, S.Yusifqızı ilə mübahisəyə belə girmək istəmədiyini deyib:

"Sən özün bilirsən ki, sən kimsən? Hərə çıxıb çox şey danışa bilər, amma olan şeyləri heç kəs inkar edə bilməz. Mən o mahnını 2000-ci illərdə ifa etmişəm. Hər şeyin bir əsası var. Susmaq ən böyük cavabdır. Onsuz da, bilənlər hər şeyi bilir. Heç o mübahisəyə girməyin mənası yoxdur. Mahnıda çox böyük uğursuzluqlar etmişdi. Əslində, mahnı elə deyil. O da özü bildiyi kimi ifa edib, yəni onun şərhi idi, istədiyi kimi onu səsləndirmişdi".

Qeyd edək ki, Samirə Yusifqızı "Ay nənə" mahnısının ilk ifaçısı olduğunu bildirmiş və Gülüstan Əliyevanın özünü mahnını ilk üzə çıxaran kimi təqdim etməsini qınamışdı:

"Gülüstan Əliyeva mənim haqqıma girib. Mahnını əsla o ortaya çıxarmamışdı. Mahnı 1996-cı ildə ərsəyə gəlib. Həmin ildə Gülüstan Əliyeva heç səhnəyə çıxmamışdı. Nəyə görə yalan danışırsan? Görürsən, indi o yalanın vaxtı gəlib çatdı. Haqqa girmək olmaz".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar