Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsi zona müşavirəsi keçirib -FOTOLAR

Tarix: 22-05-2017 12:16     Baxış: 21 039 A- / A+
Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsi zona müşavirəsi keçirib

Abşeron rayon Xırdalan şəhər Heydər Əliyev Mərkəzində Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürovun iştirakı ilə Abşeron, Xızı, Zəngilan, Qubadlı və Şuşa rayon nümayəndələrinin zona müşavirəsi keçirilib.

Qonaqlar əvvəlcə Heydər Əliyev parkında Ümummilli Lİderimizin abidəsini ziyarət edib, gül dəstələri düzüblər.
Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsi zona müşavirəsi keçirib
Müşavirəni Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov açaraq idarənin fəaliyyəti, görülən işlər haqqında danışıb, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları ilə birlikdə Belarus Respublikasının Magilyov şəhərinə rəsmi səfərlə bağlı təəssüratlarını bölüşüb. Daha sonra idarə rəisi kadr islahatı, musiqi məktəblərində təhsilin, kitabxana sistemlərində oxucuya xidmət səviyyəsinin artırılması, o cümlədən müəssisələrdə aparılan yoxlama işlərinin vəziyyəti, beynəlxalq və yerli müsabiqə və festivalların keçirilməsi, mədəniyyət işçilərinin qarşılıqlı əməkdaşlığı, kütləvi informasiya vasitələri ilə əlaqələrin qurulması ilə əlaqədar geniş məlumat verib. İdarə rəisi həmçinin, klub müəssisələrində aparılacaq yoxlamalar və bir sıra cari məsələlərlə bağlı tövsiyə və tapşırıqlarını verib.

Daha sonra Mehman Şükürov Aberşon rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin direktoru İkram Manafova və Şuşa şəhər Niyazi adına Uşaq incəsənət Məktəbinin “Təbəssüm” rəqs kollektivinə Gürcüstan və Türkiyə Respublikalarına qastrol səfərlərində uğurlu çıxışlarına görə təşəkkür elan edib.

Müşavirədə Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin məsləhətçisi Ceyran Axundova, idarənin baş məsləhətçiləri İlham Manafov, Zahid Abbasov çıxış ediblər.

Müşavirə iştirakçıları Aberşon rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin hesabat konsertinə də qatılıblar.

Məktəbin xalq çalğı alətləri ansamblının ifasında “Milli naxışlar” adlı kompozisiyasında Üzeyir Hacıbəyli, Səid Rüstəmov, Cahangir Cahangirov, Tofiq Quliyev, Niyazi və Süleyman Ələsgərovun əsərləri, eləcə də xalq mahnıları və muğamlar ifa olunub.

Ansamblın solistləri Sevinc Quliyeva, Sarvan Şirinov, Niyaməddin Allahverdiyev, Telman İlyasov, Bagir Babayev, Nicat Məsimov, Atlas Mehdiyeva, Ağasəf Əhlimanov, Səkinə Qasımova, Pünhan Abbasov, Mətin Əsgərli, Nəsib Həsənov və Alagöz Səmədovanın ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Sonda Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov çıxış edərək maraqlı konsert proqramına görə kollektivə təşəkkür edib, xoş arzularını çatdırıb. Mehman Şükürov kollektivin Sumqayıt şəhərində də geniş konsertini təşkil edəcəyini bildirib.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
Mətbuat xidməti


Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsi zona müşavirəsi keçirib
Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsi zona müşavirəsi keçirib
Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsi zona müşavirəsi keçirib
Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsi zona müşavirəsi keçirib
Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsi zona müşavirəsi keçirib
Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsi zona müşavirəsi keçirib
Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsi zona müşavirəsi keçirib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar