Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

NATO PA Zəngəzur dəhlizi ilə bağlı təklifi qəbul etdi

Tarix: 29-09-2023 09:17     Baxış: 3981 A- / A+
Madriddə NATO Parlament Assambleyasının (PA) 68-ci sessiyasına təqdim olunan, Zəngəzur dəhlizi ilə bağlı mövzunun da yer aldığı təklif qəbul edilib.
"Bengütürk” telekanalın xəbərinə görə, bu barədə Türkiyənin Böyük Millət Məclisinin üzvü, NATO Parlament Assambleyasının (PA) - İqtisadiyyat və Təhlükəsizlik Komitəsinin üzvü, MHP sədrinin müavini, professor Mevlüt Karakaya bildirib.
"Bir kəmər, bir yol” və Zəngəzur dəhlizinin hazırda ən aktual məsələ olduğunu deyən millət vəkili keçən il noyabrın 22-də NATO PA zamanı təklif olunan və hesabata əlavə edilən bənddə diqqəti yeni açılacaq Zəngəzur dəhlizi mövzusuna yönəltmək məqsədləri olduğunu vurğulayıb: "Təklifdə Azərbaycanın Avroatlantik regionun enerji təchizatında oynayacağı rolu və Zəngəzur dəhlizinin NATO müttəfiqlərinin enerji təhlükəsizliyinə verdiyi töhfəni vurğulamışdıq. Bu, qəbul olundu. Zəngəzur dəhlizi regional təhlükəsizlik, əməkdaşlıq və iqtisadi tərəqqi baxımından mühüm əhəmiyyət kəsb edir”.

Mevlüt Karakaya Zəngəzur dəhlizinin enerji təhlükəsizliyi və iqtisadi tərəqqi ilə yanaşı, türk dünyasına açılan qapı, Turana gedən yol adlandırıb: "Qlobal, regional və əlaqələr baxımından bu dəhlizin bizim üçün əhəmiyyəti çox yüksəkdir. Çünki Zəngəzur dəhlizi qlobal iqtisadiyyata və təhlükəsizlik məsələlərinə verdiyi töhfədən əlavə, bizim üçün Azərbaycanın təhlükəsizliyidir, türk dünyasına açılan qapıdır, turana gedən yoldur”."Report”

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar