Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

Yevlax görüşündə diqqətçəkən detal - Masa niyə ovaldır?

Tarix: 21-09-2023 12:20     Baxış: 4694 A- / A+

Xəbər verdiyimiz kimi, lokal xarakterli antiterror tədbirləri nəticəsində ağ bayraq qaldıraraq təslim olan və danışıqlara razılaşan Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlax görüşü artıq başlayıb.
Manevr.az xəbər verir ki, görüşdə əsas diqqətçəkən məqam müzakirənin oval masada aparılmasıdır. 

Siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, bunu 2 əsas səbəbi var:
"Birinci səbəb ermənilərin masada vizual “tərəf” kimi görünməsinə imkan verməmək, ikincisi isə həm də onları aşağılamadan daha effektiv müzakirə aparmaq, onların timsalında erməni əhalisinə Azərbaycanın bərabərhüquqlu vətəndaşı kimi yaşaya biləcəkləri mesajını verməkdir".
Qeyd edək ki, Azərbaycanın mərkəzi hakimiyyətini görüşdə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev və xüsusi nümayəndəliyin əməkdaşı İlkin Sultanov təmsil edirlər.
Qarabağın erməni sakinlərini isə Sergey Martirosyan və David Melkumyan təmsil edirlər.
Rusiya sülhməramlı kontingentinin nümayəndəsi iştirakçı kimi görüşə qatılıb.ölkə.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar