Sizin Reklam Burada
Xəbər lenti
20-08-2025
19-08-2025
BÜTÜN XƏBƏRLƏR

Bakı zooparkında bu heyvanlar ölüb - SƏBƏB

Tarix: 16-05-2017 18:04     Baxış: 1316 A- / A+
Bakı zooparkında bu heyvanlar ölüb


Bakı şəhər Zooloji parkı əhaliyə müxtəlif növ heyvanları görməyə və onlarla təmasda olmağa imkan yaradır. Zoopark nadir və nəsli kəsilməkdə olan heyvan növlərinin canlı genofondunu yaratmaq, onları saxlamaq və artırmaq kimi vacib vəzifəni yerinə yetirir.
Manevr.az xəbər verir ki, bunu Bakı şəhər Zooloji Parkının şöbə müdürü Aynur Hacıyeva modern.az-a açıqlamasında bildirib ki, hazırda burada 150 növ olmaqla 1150 baş heyvan və quş saxlanılır. O, həmçinin axırıncı dəfə Zooparka gətirilən yeni heyvan növlərindən də bəhs edib:
“2017-ci ildən bu aya kimi “Çexiya” müqaviləsi əsasında muntcaq və cırtdan keçilər gətirilib. Hazırda zooparkın ən cavan sakini qırqovullar və yenicə doğulmuş cırtdan keçilərin və Avstriya keçilərinin balasıdır. Zooparkın ən yaşlı sakinləri isə şirlərdir. Zooparkda sultan toyuğu, qonur ayı, tovuzquşu kimi nadir heyvan növləri var. Hazırda alpaklardan bala gözlənilir. Bir neçə quşların yumurtası isə inqibatora yerləşdirilib. Müəyyən müddətdən sonra nəticə gözləyirik”.
Aynur Hacıyevanın sözlərinə görə, bu il Zooparkda ölən heyvan və quşlar da olub:
“2017-ci ildə ölən heyvanlardan Svayna qırqovulu, Amerika yenotu, Pavian Qamadril (meymun növü) və anakondanı misal göstərə bilərəm. Pavian Qamadril doğuş prosesini mürəkkəb keçirdiyi üçün, Svayna qırqovulu qara ciyərin iltihabından, Amerika yenotu qocalıqdan ölüb. Anakonda ilanı isə qabıq dəyişmə prosesini düzgün keçirmədi, dərisinə infeksiya düşdü və bu səbəbdən öldü”.
A.Hacıyeva bildirib ki, hazırda Zooparka yeni heyvanların gətirilməsi üçün danışıqlar gedir:
“Bakı şəhər Zooloji Parkının digər xarici ölkələrin zooparkları ilə əlaqəsi var. Məsələn, Çexiya, Ukrayna, Moldova, Türkiyə, Rusiya kimi dövlətlər bu siyahıdadır. Hazırda yeni heyvanların gətirilməsi üçün də “Daşkənd” müqaviləsinin danışıqları gedir. Yaxın zamanlarda dəqiq məlumat veriləcək. Qeyd edilən ölkələrlə mübadilə olur. Bu il cırtdan keçiləri, muntcağı, leopard və yaquardı da mübadilə nəticəsində gətirmişik”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar