Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
BÜTÜN XƏBƏRLƏR

Təhsil Nazirliyi xaricdə təhsil alanların diplomunu tanıyacaqmı? - AÇIQLAMA

Tarix: 15-05-2017 18:33     Baxış: 4307 A- / A+
Təhsil Nazirliyi xaricdə təhsil alanların diplomunu tanıyacaqmı?


"Son vaxtlar xaricdə təhsil fəaliyyəti ilə məşğul olan bəzi şirkətlər bir sıra televiziya və radio kanallarının reklam elanlarında, saytların bildirişlərində xarici universitetlərə qəbul olan tələbələrin diplomlarına Təhsil Nazirliyinin zəmanəti ilə bağlı yanlış məlumatlar yerləşdirirlər. Bu cür yanaşma şirkətlərin öz subyektiv maraqlarını qorumaq üçün Təhsil Nazirliyinin adından sui-istifadə və insanları aldatmaq vasitəsidir".

Manevr.az xəbər verir ki, bu sözləri Təhsil Nazirliyin informasiya şöbəsinin müdiri Cəsarət Valehov oxu.az-a açıqlamasında deyib.

O, xarici universitetlərə qəbul olan tələbələrin diplomlarına nazirlik tərəfindən zəmanət verməsi ilə bağlı məlumatları təkzib edib:

"Bir daha bildirmək istərdik ki, Təhsil Nazirliyi tələbələrin xaricdə təhsil üzrə dövlət proqramından, dövlətlərarası təqaüd proqramlarından xaric hər hansı şirkətlə əməkdaşlıq etmir. İcra etdiyi proqramlarla bağlı bütün məlumatlar isə şəffaf şəkildə iştirakçının, eyni zamanda Təhsil Nazirliyinin müvafiq elektron resurslarına yerləşdirilir".

Cəsarət Valehov həmçinin diplomların tanınmasının hüquqi prosedur olduğunu xatırladıb:

"Diplomların tanınması (nostrifikasiyası) hüquqi prosedur olmaqla burada universitetin legitimliyi, məzunun akademik göstəriciləri, qazandığı kreditlərin sayı, faktiki təhsil müddəti, dil və ixtisas biliyinə qədər bütün məlumatlar təhlil olunur. Bu araşdırma təsdiqini müsbət mənada tapdıqdan sonra diplomun tanınması prosesi baş verir".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar