Xəbər lenti
Xocalı cəlladı ömürlük HƏBSƏ GEDİR - ŞƏKİL
Xocalı qatili Vaqif Xaçatryanın həbsi ona nə qədər cəza veriləcəyi məsələsini aktuallaşdırıb.
Manevr.az-ın məlumatına görə, Xocalı epizodu üzrə sülh və insanlıq əleyhinə cinayətlər törətmələri sübuta yetirilmiş 40 nəfər barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü (Soyqırım), 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə), 113-cü (İşgəncə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul edilib, barələrində məhkəmə qərarlarına əsasən həbs qətimkan tədbiri seçilib və axtarışlarının təmin edilməsi üçün sənədlər İnterpolun Azərbaycan Respublikasındakı Milli Bürosuna və Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinə göndərilib. Təqsirləndirilən şəxs qismində cəlb olunan şəxslərin sırasında sabiq müdafiə naziri Ohanyan Seyran Muşeqoviç də var.
CM-nin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) maddəsinin sanksiyasında 14 ildən 20 ilə və ya işin hallarından asılı oladaq ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Eyni məcəllənin 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddəsi ilə təqsiri sübuta yetirilən şəxsi isə 10 ildən 15 ilə kimi azadlıqdan məhrumetmə cəzası gözləyir.
Hər iki maddə xüsusilə ağır cinayətlər kataqoriyasına aiddir. Beləliklə, Xaçaturyan Vaqif Çerkezoviç məhkəmə hökmü ilə təqsirli bilinəcəyi halda cəzaların qismən toplanması yolu ilə 20 il və ya ömürlük azadlıqdan məhrum ediləcək.tribunainfo.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar