Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Prezidentin Xələfovla bağlı qərarı erməniləri qorxuya saldı

Tarix: 25-07-2023 13:27     Baxış: 4745 A- / A+
Prezident İlham Əliyevin xarici işlər nazirinin müavini Xələf Xələfovu özünün xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin etməsi ermənilərdə qorxuya səbəb olub.

Manevr.az 
publika.az-a istinadən xəbər verir ki, Ermənistan mediası Azərbaycan Prezidentinin bu təyinatının Qarabağ siyasəti ilə bağlı olduğunu yazır.

“Hraparak” nəşri iddia edir ki, Qarabağdakı erməni əhalisinin Azərbaycana reinteqrasiyasından sonra Xələf Xələfov Prezident İlham Əliyevin xüsusi nümayəndəsi kimi Xankəndiyə rəhbərlik edəcək.

“Xələfov Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması prosesini incəliklərinə qədər bilir. İlham Əliyev Qarabağdakı erməni əhalisinin Azərbaycan qanunvericiliyi çərçivəsində reinteqrasiyasını elan edib. İstisna deyil ki, Xələfovun əsas fəaliyyət arenası da Qarabağ olacaq”, - nəşr iddiasını davam etdirir.

Ermənistan mediasının bu cür iddialardan çıxış etməsi Azərbaycanın Qarabağ siyasətindən qorxuya düşməsindən qaynaqlanır. Çünki rəsmi Bakı ermənilərin yaşadığı ərazilərimizdə mərkəzi hakimiyyətin bərpasına doğru addım-addım yaxınlaşır. Bunu ermənilər də anlayırlar və Azərbaycanda istənilən hadisəni, yaxud təyinatı bu siyasətin tərkib hissəsi olaraq görürlər.

Xələf Xələfovun Prezidentin xüsusi tapşırıqlar üzrı nümayəndəsi kimi Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması prosesində iştirak edəcəyi isə sirr deyil. Xələfovun təcrübəsindən xüsusilə sərhədin delimitasiyası prosesində istifadə edilə bilər.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar