Sizin Reklam Burada
Xəbər lenti
23-08-2026
22-08-2026
BÜTÜN XƏBƏRLƏR

"Göteborq" "Qarabağ"dan UEFA-ya şikayət etdi - Stadiona görə

Tarix: 27-08-2016 19:13     Baxış: 2286 A- / A+
"Göteborq" "Qarabağ"dan UEFA-ya şikayət etdi


"Göteborq" Avropa Liqasının pley-off mərhələsində səfərdə "Qarabağ"a 3:0 hesablı məğlubiyyətdən sonra qarşılaşmanın keçirildiyi Tofiq Bəhramov adına Respublika stadionun ot örtüyü ilə bağlı Ağdam klubundan UEFA-ya şikayət edib.

Qol.az-ın İsveç mətbuatına istinadən yaydığı xəbərə, bu haqda "Göteborq"un idman direktoru Mats Qren bildirib. O deyib ki, oyundan dərhal sonra UEFA-ya yazılı şəkildə şikayət ediblər:

"UEFA-da bir çox qayda var. Nədənsə, oyunun yaxşı qazonda keçirmək barədə qayda yoxdur".

İsveç klubu hesab edir ki, futbolçuları Mikael Boman və Soren Riks sırf stadionun qazonunun bərbad olması səbəbindən zədələnib.

M.Boman özü bununla bağlı bildirib:

"Zərbə vurmaq istəyəndə ayağım qazona ilişdi. Bu, indiyə kimi oynadığım ən pis qazondur. "Qarabağ"ın bu cür stadionda oynaya bilməsinə heyran oldum".


Qeyd edək ki, "Göteborq"un baş məşqçisi Andersson Frank komandasının məğlubiyyətinin əsas səbəbinin qazonun olmadığını bildirib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar