Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Yol bağlandı, nişan qoyulmadı, qəza və ölüm var : NBA isə...

Tarix: 13-05-2017 13:54     Baxış: 4366 A- / A+
Yol bağlandı, nişan qoyulmadı, qəza və ölüm var


Hava Limanından Zığ dairəsi istiqamətində yolda nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması prosesindəki yanlışlı ciddi problem yaradıb.

Manevr.az-ın xəbərinə görə, bununla bağlı axar.az-a həmin yoldan istifadə edən sürücülər şikayət edib. Onların sözlərinə görə, həmin yolda hərəkətin məhdudlaşdırılması ilə bağlı nişanlar qoyulmayıb, xəbərdaredici heç bir tədbir görülməyib:

“Yola daxil olmadan bu istiqamətdə hərəkətin məhdudlaşdırıldığını bilmək olmur. Yolun bağlandığı yalnız maneəyə çatanda bəlli olur. Geri dönmək istəyəndə ikinci yola girmək lazımdır ki, bu da hərəkət istiqamətinin əksinədir. Nəzərə alsaq ki, həmin yolda sürət həddi 120 km/saatdır (sürət həddinin endirilməsindən də sürücülər xəbərsizdir - red.) və əks istiqamətdə avtomobillərin üzərinə doğru irəliləyirsən, qəza qaçılmazdır”.

Bakı Nəqliyyat Agentliyi ictimaiyyətlə əlaqələr departamenti isə sürücülərin şikayətinə cavab olaraq Axar.az-a açıqlamasında günahın Azəravtoyol ASC-də olduğunu bildirdi:

“Azəravtoyol ASC məlumatı gec ötürdüyünə görə biz də gec yaymalı olmuşuq. İnsanlar yolların bağlanmasından xəbərsizdirlər. Bu işdə günahkar qurum biz deyilik”.

Sürücülərdən biri isə artıq bu səhvin ölümlə nəticələnən qəzaya səbəb olduğunu vurğulayıb:
“Hazırda Zığ yolunda, Heydər Əliyev adına Ali Hərbi Akademiyanın yaxınlığında VAZ və “Mersedes” avtomobilləri toqquşub. VAZ-da olan sürücünün öldüyü bildirilir. Təəssüf ki, bu problem aradan qaldırılmayıb və növbəti qəzalar da ola bilər”.

Azəravtoyol ASC-nin mətbuat katibi Anar Nəcəfli sözügedən magistralın gecə saatlarında bağlandığını, rəngləmə işlərinin başa çatmasından sonra isə səhər saatlarında artıq açıldığını bildirdi.

Maraqlıdır ki, yolun bağlandığı barədə xəbər səhər yayılıb, günorta isə sürücülər yolun hələ də bağlı olduğu bildiriblər.

Qeyd edək ki, Zığ-Hava Limanı avtomagistralında yol-cizgi xətlərinin rənglənməsi ilə əlaqədar Hava Limanından Zığ dairəsi istiqamətində yolda nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb. Bakı Nəqliyyat Agentliyinin bu gün səhər yaydığı məlumatda bildirilir ki, avtomagistralın Zığ dairəsindən Hava Limanı istiqamətində olan hissəsində 1-ci zolaqda hərəkət məhdudlaşdırılıb, 2-ci zolaqda isə surət həddi 60 km/saata endirilib. Bununla yanaşı, hazırda avtomagistralın Zığ dairəsindən Hava Limanı istiqamətində açıq olan hərəkət zolaqları ikitərəfli yol kimi istifadə edilməkdədir".

NBA sürücülərdən avtomagistraldan istifadə edərkən mövcud dəyişikliyi nəzərə alıb, müəyyən olunmuş surət həddinə də əməl etmələrini xahiş edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar