Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
BÜTÜN XƏBƏRLƏR

Bakı metrosu gecə saatlarına qədər fəaliyyət göstərib

Tarix: 13-05-2017 11:57     Baxış: 3387 A- / A+
Bakı metrosu

IV İslam Həmryəlik Oyunlarının açılış mərasimi ilə bağlı Bakı metropoliteni saat 02:40-a qədər fəaliyyətdə olub.

Bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti məlumat verib. Bildirilib ki, mərasimdən əvvəl və sonra sərnişinlərin mənzil başına rahat və təhlükəsiz çatması təmin edilib.

Qeyd edək ki, gücləndirilmiş iş rejimi şəraitində çalışan "Bakı Metropoliteni" QSC-də İslam Oyunları müddətində qüvvədə olacaq xüsusi tədbirlər planı hazırlanıb. Sərnişinlərin metropolitenin xidmətindən istifadə etməsi həmin plana tam uyğun davam edib.

Hər növbəti qatarın stansiyaya daxil olma müddəti 30-45 saniyə təşkil edib. Gecə saat 2:40 dəqiqədə, artıq heç bir tələbat qalmadığından, stansiyalar sərnişinlərin girişi üçün bağlanıb.

Bütün proses Bakı Olimpiya Stadionunun yaxınlığında yerləşən və əsas sərnişin kütləsinin istifadə etdiyi "Koroğlu" stansiyasında qurulmuş operativ əməliyyat qərargahından idarə olunub. Bununla yanaşı, digər stansiyalarda da metropolitenin rəhbər, mütəxəssis və işçi heyətindən ibarət mərkəzlər fəaliyyət göstərib.

İlkin hesablamalara əsasən, açılış mərasimində iştirak edən tamaşaçıların 70 faizdən çoxu məhz metropolitendən istifadə edib. Metropoliten və Bakı metropolitenində polis şöbəsinin əməkdaşlarının birgə əməkdaşlığı şəraitində sərnişinlərin nizamlı hərəkəti təmin olunub. Metropoliten ərazisində heç bir xoşagəlməz hal qeydə alınmayıb.

Yarışların davam etdiyi müddətdə metropoliten xüsusi plana uyğun fəaliyyət göstərəcək. Metropoliten yarış günləri səhər saat 6-dan gecə saat 1-ə qədər, mayın 22-də keçiriləcək bağlanış mərasimi müddətində gecə saat 2-yə qədər işləyəcək. Sərnişin axınından asılı olaraq, qrafikin uzadılması mümkündür.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar