Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
BÜTÜN XƏBƏRLƏR

Parkda intim əlaqəyə girən cütlüyə hakimdən - İNANILMAZ CƏZA

Tarix: 13-05-2017 07:34     Baxış: 5306 A- / A+
Parkda intim əlaqəyə girən cütlüyə hakimdən

ABŞ-ın Ohayo ştatının Painesville rayonunda məhkəməyə çıxarılan cütlük qarşılarında Maykl Cicconetti adlı hakimi görəndə nə gözləyəcəklərini bilmirlər. Çünki xarizmatik hakim 21 il ərzində çox yaradıcı cəzaların altına imza atmışdı. Təqsirləndirilən şəxslərə elə cəzalar vermişdi ki, bir daha buna bənzər bir günah etməmişdilər. Maykl Cicconetti daima "Gözə göz, dişə diş" prinsipi ilə qərar verib.

1994-ci ildən bəri Maykl Cicconetti aldığı qərarlarla gündəmdə qalmağı bacarır. Beş uşaq atası olan Maykl Cicconetti indi də verdiyi qərarlarla hər kəsin diqqətini çəkməkdə davam edir. Cinayətkarlar ya həbsə gedirlər, ya da Cicconettinin alternativ cəzaları ilə qarşı-qarşıya qalırlar.

Manevr.az moderator.az-a istinadən hakim Maykl Cicconettinin verdiyi qeyri-adi cəzalardan bəzilərini təqdim edir:

1. Bir cütlük parkda cinsi əlaqəyə girdikləri üçün cüt məhkəməyə çıxarılır. Cəzaları isə parkdakı bütün zibilləri təmizləmək olur. Həmçinin, qəzetlərin birində onları görən hər kəsdən üzr istəmək məcburiyyətində qalırlar.

2. Bir qadın 35 bala pişiyi meşənin ortasına qoyur. Qadına pul cəzası kəsilir. Əlavə olaraq hakim Cicconetti qadının dilindən danışaraq maraqlı bir cinayətə imza atır. Qadının noyabr ayının bir gecəsində meşədə tək qalmasına qərar verilir. Yanında yeyəcək, içəcək və ya çadır olmayacaqdı. Gecə hava yaxşıca soyuduğundan Cicconetti dözməyir və qadının öz imkanları ilə ocaq yandırmasına icazə verir.

3. Bir adam bir polis məmuruna "donuz" deyə xitab edir. Cəza olaraq küçənin bir tinində çiynində 170 kq-lıq donuz daşımasına və əlində də "Bu polis deyil" yazılı karton tutmasına qərar verilir.

4. Spirtli halda maşın sürərkən yaxalanan sürücüyə meyitxanaya gedib məsuliyyətsiz sürücülər üzündən həyatını itirən insanlara saatlarla baxması cəzası verilir.

5. Taksiyə minən bir qadın pulunu ödəmir. Cəza olaraq taksinin qət etdiyi 48 kilometrlik yolu piyada getməsinə qərar verilir.

6. Bir adam yoxsullar üçün toplanan pulun qutusunu oğurlayır. Qarşılığında küçədə bir gün evsizlər kimi yaşaması qərara alınır.

7. Lisey tələbələri servislərinin təkərlərini yarırlar. Bu səbəbdən servis günortadan sonra oxuyan uşaqları məktəbə çatdırmır. Məktəbli şagirdlər aldıqları cəza səbəbindən ibtidai məktəb uşaqlarını piknikə aparmaq məcburiyyətində qalırlar.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar