Xəbər lenti
Nazirin restoranı niyə yandı?
“Müdafiə Sənayesi Nazirliyi (MSN) ”Yalquzaq" snayper tüfənginin ixracına başlayıb" xəbərinin ardından mayın 10-da nazir Yavər Camalovun mediada geniş müsahibəsi yayıldı. Y.Camalov müsahibəsində ölkəmizin getdikcə silah idxalatçısından silah ixracatçısına çevrildiyini bəyan etmişdi.
Manevr.az xəbər verir ki, “Yeni Müsavat”ın yazdığına görə, nazirin odlu-alovlu bəyanatından 2 saat sonra Bakının tanınan və Camalovlara, konkret olaraq nazir Yavər Camalovun biznes şəbəkəsinə daxil olan “Niaqara” restoranında yanğın oldu. Restoranın həyətindəki yanğın 1 saatdan sonra söndürüldü.
Qəzet yazır: “Nə baş verir? Yavər Camalovun açıqlamaları ilə onun restoranının yanması arasında əlaqə ola bilərmi? Məsələn, iddia etmək olarmı ki, nazirin “Azərbaycanın NATO kalibrində (7.62x51mm) ilk silahı olan ”Yalquzaq" tam olaraq yerli mütəxəssislər tərəfindən yaradılıb" açıqlaması dünyaya silah satan, özünün standartları ilə dünyada tanınan qonşu dövlətlərin qıcığına səbəb ola bilər. Daha bir versiya üzərində də fikirləşməyə dəyər. Məsələn, Azərbaycanın silah istehsalı sahəsində İsrail silah düzəldən şirkətləri ilə əməkdaşlıq etməsi sirr deyil. Bu kimi məsələlər Y.Camalovun müdafiə sənayesi rəhbəri olaraq hədəfə gəlməsinə səbəb ola bilər.
Belə bir güman yaranır ki, sanki kimlərsə nazirin qəsdinə durub. Onun rəhbərlik etdiyi nazirliyin müəssisəsində partlayışı yada salaq. 2015-in 7 iyulunda MSN-ə məxsus olan “Telemexanika” zavodunda partlayış və yanğın baş verdi, ölən və yaralananlar oldu. Üstündən 11 ay keçəndən sonra 2016-cı ilin iyun ayında Şirvanda yerləşən “Araz” zavodunda da partlayış oldu. İndi isə Bakı şəhərində nazirin restoranında yanğın baş verib. Silah istehsal edən böyük bir kompleksin başında dayanan nazirin tez-tez partlayış və yanğınlarla gündəmə gəlməsi təsadüfdürmü? Suallar çox, cavab isə hələ ki yox...”
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar