Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

Eldar Həsənovun ailə üzvləri Ali Məhkəməyə müraciət etdi - SƏBƏB

Tarix: 19-06-2023 10:33     Baxış: 4687 A- / A+
Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovun 3 övladı - Anar Həsənov, Emilya Qurbanova, Səbinə Hüseynova və digərləri əmlaklarının geri qaytarılması ilə bağlı qərardan kassasiya şikayəti verilib.
Manevr.az-ın məlumatına görə, şikayət Ali Məhkəmənin hakimi Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası iyulun 20-nə təyin edilib.
Xatırladaq ki, E.Həsənov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs edilib.
Sabiq səfir Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.
E.Həsənov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, təqsirləndirilən şəxsin üzərinə həbs qoyulmuş əmlakları da müsadirə olunub.
Daha sonra o, Apellyasiya şikayəti verib. Bakı Apellyasiya məhkəməsi E.Həsənovun şikayətini təmin etməyib.
Qeyd edək ki, daha əvvəl Ali Məhkəmə E.Həsənovun 3 övladı - Anar Həsənov, Emilya Qurbanova və Səbinə Hüseynovanın əmlaklarının geri qaytarılması ilə bağlı qərar çıxarmışdı.
Qərara əsasən, Emilya Qurbanova tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilib.
Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü və Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilib.
Ali Məhkəmə tərəfindən geri qaytarılan əmlaklar bunlardır:
Abşeron rayonu, Novxanı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 5 ha torpaq sahəsi;
Abşeronda yerləşən 106 kv.metr sahəsi olan 5 nömrəli mənzil;
Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1242b ünvanında yerləşən 0,12 ha torpaq sahəsi;
Bakı şəhəri, Nərimanov rayonu, 887-ci məhəllə, F.X.Xoyski küçəsində yerləşən 17,7 kv.metr qeyri-yaşayış sahəsi olan 48 nömrəli və həmin ünvanda yerləşən 35,4 kv.metr qeyri-yaşayış sahəsi olan 13 və 14 nömrəli mağazalar;
Bakı şəhəri, Xətai rayonu, Dairəvi-7 küçəsi ünvanında yerləşən 347 kv.metr sahəsi olan 40 nömrəli fərdi yaşayış evi.
Qərarda qeyd edilib ki, həmin əmlakların xüsusi müsadirə edilməsi və mülki iddianın ödənilməsinə yönəldilməsinə dair müddəalar Bakı Ağır Cinayətlər Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin qərarından xaric olunsun. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü və Bakı Apellyasiya Məhkəməsinin qərarı kassasiya şikayətlərinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılıb.pravda.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar