Xəbər lenti
MTN-nin daha bir generalı əsgərə çevrilə bilər
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) idarə rəisi olmuş Akif Çovdarov hərbi qulluqçu kimi pensiya almaq istəsə də, məqsədinə nail ola bilməyib.
Manevr.az qaynarinfo-ya istinadən xəbər verir ki, ağır cinayətlərdə təqsirləndirilərək məhkum edilən Akif Çovdarovun general-mayor rütbəsi də alındığına görə o, artıq hərbi qulluqçu hesab edilmir.
Bu fakt MTN-nin İstintaq Baş İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyevlə bağlı da oxşar qərarın veriləcəyi barədə qənaətləri gücləndirib.
Məlumat üçün deyək ki, Mövlam Şıxəliyev də ağır cinayətlərdə ittiham olunaraq Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan əlavə, Mövlam Şıxəliyevin general-mayor rütbəsinin geri alınması üçün prosedurun yekunlaşdığı iddia olunur. Ötən yazıda artıq onunla bağlı təqdimatın Prezident Administrasiyasına göndərildiyini qeyd etmişdik.
İddia olunur ki, yaxın günlərdə onunla bağlı qərar açıqlana bilər. Qərar isə təbii ki, Mövlam Şıxəliyevin xeyrinə olmayacaq. Yəni, onun də rütbəsi da Akif Çovdarovda olduğu kimi əsgər rütbəsinə endiriləcək.
İddia olunurdu ki, Mövlam Şıxəliyev ciddi-cəhdlə rütbəsini qorumağa çalışır. Bu ona pensiya üçün lazımdır.
Hətta apellyasiya məhkəməsi bitdikdən sonra dərhal Ali Məhkəməyə kassasiya şikayət verməsi həm əmlakları, həm də rütbəsi ilə bağlı icra işini yubatmaq məqsədi daşıyır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar