Sizin Reklam Burada
Xəbər lenti
12-05-2024
11-05-2024
BÜTÜN XƏBƏRLƏR

Siyasi cameənin alimləri: Elmi dərəcəsi olan partiya sədrləri kimlərdir?

Tarix: 08-06-2023 14:30     Baxış: 5717 A- / A+

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların sədrləri arasında vaxtilə və yaxud indinin özündə də elmi fəaliyyətlə məşğul olanlar da vardır. 


Manevr.az
bildirir ki, Bizim.Media elmi dərəcəsi olan partiya sədrlərinin kimliyini araşdırıb. 

Asim Mollazadə 

Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə tibb elmləri doktorudur. O, Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini bitirib. 1980–1992-ci illərdə Moskva (Rusiya) Seçenov adına Tibb Akademiyası Nevrologiya və davranış psixofiziologiyası ixtisası üzrə təhsil alıb. 1984–1987-ci illərdə Həkimləri Təkmilləşdirmə İnstitutunun baş elmi işçisi olub. 1992-ci ilin iyun-dekabr ayları – nevraloji psixogen və psixosomatik xəstəliklər Mərkəzinin direktoru olub.

Fazil Mustafa
Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa 2005-ci ildə fəlsəfə üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb. O, 1986-cı ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub və 1991-ci ildə həmin fakültədən hüquqşünas ixtisası ilə məzun olub. Fazil Mustafa Türkiyə və Azərbaycanda nəşr olunmuş 19 kitabın, yüzlərlə elmi, publisistik məqalənin müəllifidir.

Fəzail Ağamalı

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da elmi dərəcəsi olan siyasilərdəndir. 1972-ci ildə Bakı Dövlət Universitetinin aspiranturasına qəbul olunub və 1980-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb. "XIX əsrin əvvəllərində xanlıqların sosial-iqtisadi münasibətləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsini, ardınca isə professor elmi adını alıb. Bütövlükdə, beş kitab, üç monoqrafiya, bir dərslik, beş kitabça və 50-ə qədər elmi və elmi-publisist məqalənin müəllifidir.

Sabir Rüstəmxanlı

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasını bitirib. 1976-cı ildə "Cəlil Məmmədquluzadə və folklor" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsinə yiyələnib. 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar