Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Türkiyənin ən gizli adamı dünyanı şoka salıb - Gözlənilməz təyinatın pərdəarxası

Tarix: 06-06-2023 09:05     Baxış: 4711 A- / A+
Türkiyənin xarici işlər naziri postuna Mövlud Çavuşoğludan sonra Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri Hakan Fidanın təyin olunması beynəlxalq səviyyədə ciddi müzakirələrə səbəb olub. Təyinat sadəcə Türkiyədə deyil, bütün dünyada böyük maraqla qarşılanıb və türk xalqı tərəfindən təqdir edilib.
Ölkənin ən məlumatlı, bir o qədər ictimaiyyətə açıq olmayan şəxslərindən hesab olunan sabiq MİT başçısının XİN rəhbəri kimi gələcək fəaliyyəti və ilk qərarları böyük maraqla gözlənilir. Siyasi dairələrdə bu həmlə ekspertlər tərəfindən strateji təyinat olaraq dəyərləndirilir. Hətta onun Rəcəb Tayyib Ərdoğandan sonra Türkiyə prezidenti seçiləcəyilə bağlı iddialar getdikcə güclənir.

Bəs Ərdoğanın “qara qutusu” adlandırılan Hakan Fidan kimdir?

1968-ci ildə Ankarada doğulan Hakan Fidan hərb və nitq məktəblərində təhsil alıb, Türkiyə ordusunda kiçik zabit olaraq çalışıb. Daha sonra ABŞ-ın Maryland Universitetinin nəzdindəki eyniadlı kollecdə siyasət elmi üzrə ali təhsil alıb. O, ölkəyə qayıtdıqdan sonra yerli universitetlərdə doktorantura təhsilini tamamlayıb və iki müəssisədə akademik dərəcə alıb. Bir müddət Almaniyadakı NATO Çevik Hərəkat Korpusunun Baş Qərargahında, daha sonra iki il Avstraliyanın Ankaradakı səfirliyində çalışıb. 2003-cü ildə isə Türk Əməkdaşlığı və İnkişaf İdarəsinin (TİKA) rəhbəri təyin edilib. Sonrakı müddətdə Baş nazir müşavirinin müavini, Beynəlxalq Atom Enerjisi Agentliyinin İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərib.
2010-cu ildə 42 yaşında MİT-in müşaviri vəzifəsinə təyin olunan Fidan, bu vəzifəyə gətirilən ən gənc müşavir oldu. Fəaliyyəti müddətində bir sıra qalmaqallarda adı hallanan Hakan Fidan 2015-ci ildə Ədalət və İnkişaf Partiyasından (AKP) deputatlığa namizədliyini irəli sürmək məqsədilə vəzifəsindən istefa verib. Amma bir ay sonra yazılı açıqlama ilə vəzifəsinə geri qayıtdığını bildirib. O, dünya liderlərinin və ən güclü kəşfiyyat təşkilatlarının çəkindiyi bir şəxs olaraq tanınır.
Bəs məhz onun XİN rəhbəri təyin olunmasında məqsəd nədir? Türkiyənin özündən əvvəlki xarici siyasət xəttinə yanaşması necə olacaq? Ərdoğandan sonra Türkiyə Prezidenti ola bilərmi?
Manevr.az-ın məlumatına görə, mövzunu globalinfo.az-a şərh edən siyasi analitik, professor Hüsaməddin İnac bildirib ki, Hakan Fidan MİT-dəki fəaliyyəti müddətində bir çox yeniliklərə imza atıb:
“Hakan Fidanın Türkiyə Xarici İşlər naziri təyin olunması Türkiyə üçün sürpriz oldu. Çünki türk tarixində daha öncə belə bir ilk yaşanmamışdı, kəşfiyyat xidməti ilə xarici əlaqələr bir-birində fərqli şəkildə həyata keçirilirdi. Amma 2010-cu ildə Türkiyə Milli Kəşfiyyat İdarəsinin rəhbəri təyin olunan Hakan Fidan fəaliyyəti müddətində Xarici İşlər Nazirliyi ilə MİT-in fəaliyyətinin bir-birinə uyğunlaşmasına şərait yaratdı. Xüsusilə bu zaman MİT ilk dəfə xaricdə əməliyyatlar həyata keçirməyə başladı. Bu günə kimi Azərbaycan, Liviya, Ukrayna müharibəsi və Şərqi Aralıq dənizində enerji hakimiyyəti kimi məsələlərdə kəşfiyyatın çox vacib olduğunu gördük. Xüsusilə Suriya və Ortaq Şərqdə kəşfiyyat xidməti ilə Xarici İşlər Nazirliyinin birlikdə hərəkətinin şahidi olduq. Bu baxımdan biz Hakan Fidanı “kölgə xarici işlər naziri” də adlandıra bilərik. Çünki artıq dünyada kəşfiyyat siyasəti deyilən bir amil ortaya çıxmış oldu”.
Professor Türkiyənin Xarici Siyasətinin bundan sonra daha da güclənəcəyini və daxili strukturlar arasında əlaqələrin möhkəmlənəcəyini deyib:

“ABŞ, Böyük Britaniya kimi ölkələrə nəzər saldıqda kəşfiyyat xidmətlərinin rəhbərlərinin ölkənin xarici siyasətində aktiv rola sahib olduğunu görürük. Məsələn, Ukraynada davam edən müharibə müddətində Rusiya və ABŞ-ın nüvə silahından istifadənin qarşısının alınması üçün Ankarada görüş keçirməsi kəşfiyyat xidmətinin ən böyük uğurlarından biridir. Ukrayna və Rusiyanın Türkiyədə bir araya gətirilməsi də yenə kəşfiyyat xidmətinin uğuru idi. Dünyaca məşhur kəşfiyyat xidmətindən olan İsrailin MOSSAD təşkilatı ilə MİT arasında zaman-zaman ciddi kəşfiyyat mübarizəsi gedir, lazım olduqda isə əməkdaşlıq qurulurdu.
Bu gün türk kəşfiyyat xidməti çox böyük uğurlara imza atıb. O baxımdan Rəcəb Tayyib Ərdoğanın Hakan Fidanı özünün “sirr küpü” olaraq adlandırdığı məlumdur. Nəticə olaraq Hakan Fidanın təyinatı Xarici İşlər Nazirliyini gücləndirəcək. Bu həm də indiyə kimi xarici siyasətdə izlənilən yolun davam etdiriləcəyini göstərir. Hazırda Türkiyə bölgədə varlığını qorumaq və hiss etdirmək üçün müəyyən qədər aqressiv bir siyasət sərgiləməyə çalışır. Qərbdən və Amerikadan asılı olmadan xarici siyasətdə qərarları Ankara özü verir. Bu istiqamətlərdə aparılan siyasət daha da gücləndiriləcək”.
H.İnac Fidanın Ərdoğandan sonrakı Türkiyə Prezidentliyi üçün güclü namizəd olduğunu söyləyib:

“Bu baxımdan Hakan Fidanın təyinatı çox uğurlu qərardır. Cəmiyyətdə onun haqqında kifayət qədər məlumat yoxdur, amma gələcəkdə nazir fəaliyyəti müddətində bu məsələ də öz həllini tapacaq. Onun Rəcəb Tayyib Ərdoğanın xələfi olacağını demək mümkündür. Çünki özünü çox yaxşı inkişaf etdirib, müxtəlif vəzifələrdə çalışıb, Ərdoğanın da, Türk xalqının da tam güvənini qazanmış biridir. Düşünürəm ki, bundan sonrakı müddətdə də uğurları və sistemi olduğu kimi davam edəcək. Hazırda İbrahim Kalının da MİT rəhbəri təyin olunacağı müzakirə edilir. Bu da artıq Türkiyədə Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və MİT-in bir-birinə yaxın şəkildə fəaliyyət göstərəcəyi deməkdir. Ona görə də Hakan Fidanın təyinatı Türkiyə xalqını sevindirən, düşmənləri isə qorxuya salan bir qərar oldu”.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar