Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
BÜTÜN XƏBƏRLƏR

İNTİHAR MESAJI verən psixoloq DANIŞDI: "Problemlərdən uzaqlaşmaq üçün...

Tarix: 10-05-2017 16:01     Baxış: 4335 A- / A+
İNTİHAR MESAJI verən psixoloq DANIŞDI:

"Publika.az Nail Cəlillə əlaqə saxlayıb və belə bir statusu niyə yazdığının səbəblərini soruşub:
- Nail bəy, paylaşdığınız status nə deməkdir? Həqiqətənmi intihar etmək fikriniz olub?

- Xeyr, əlbəttə ki, bu, intihar anonsu deyil. Mən psixoloqam. İnsanları bu kimi fikirlərdən daşındıran bir insan olaraq özümün belə bir fikrə düşməyim nə dərəcədə doğru olar?! Sadəcə şəxsi işlərimlə bağlı bir müddət sosial şəbəkələrdən uzaqlaşmaq istəyirdim. Eyni zamanda, ətrafımda olan bəzi insanlardan ciddi şəkildə incimişəm. Mən həyatsevən insanam. Yalnız ailə üzvlərim, sevdiklərim və vətən uğrunda canımdan keçərəm ki, bir mənası olsun. Yoxsa, boş yerə hər hansı bir problemdən dolayı belə bir addım atmaram. Yazıda da diqqət etsəniz, intiharlıq bir şey yoxdur. Sadəcə, mənim çalışdığım bir sıra təşkilatlar, müəssislərlə aramda inciklik olub. Və bu kimi problemlərdən uzaqlaşmaq üçün sosial şəbəkədən getmək istədiyimi yazmışam.
- "Məni bir də axtarmayın, onsuz da tapmayacaqsızınız" yazmaqla nə demək istədiniz?

- İxtisasca psixoloqam. Bu, mənim peşəmdi. Axı mən də hər kəs kimi normal insanam. Şəxsi həyatım var. Küsə, inciyə bilərəm. İnsanları başa düşürəm, amma bir şey də var ki, dəqiq məlumat olmadan bir insanı sağ ikən "öldürmək" nə dərəcədə doğrudur? Bizim millətə xas xüsusiyyətdir, sağ ikən heç itirib-axtarmazlar. Amma ölümlə bağlı bir söz eşidən kimi hamı səni axtarır, maraqlanır.
Mən özüm bir sıra layihələr üzərində işləmişəm. Hər zaman həyatı sevməyi, doya-doya yaşamağı təbliğ etmişəm. Məni tanıyanlar, iş yoldaşlarım, tələbələrim bilir ki, qətiyyən ölümlə bağlı düşünən adam olmamışam. Bəlkə də, 2 ildir "intihar" sözünü dilimə almamışam. Yenə deyirəm, o sözü incidiyim üçün yazmışam.
Psixologiyada yanma effekti var. İnsanlar bəzən hər şeydən bezir. Bu zamanlarda ən yaxşı terapiya insanın özü ilə söhbət etməsidir. Enerjisini toplamasıdır. Psixoloq da insandır. Biz hər gün çoxsaylı insanlarla söhbət edirik. Mənfi enerjilər bizi də yora bilər. Bu halların qarşısını almaq, yenidən özünü toparlamaq üçün insan reablitasiyaya ehtiyac duya bilir. Bizim də şəxsi həyatımızda müəyyən problemlər yaşana bilər. Mənə bununla bağlı məlumat verdilər, çox təəccübləndim.
Bunun belə bir xaos yaradacağını düşünmürdüm. Yaxşı ki, xəbər tutdum, qarşısını almaq üçün aydınlıq gətirdim. Aydın məsələdir ki, bu tip məslələrə adekvat yanaşmaq lazımdır. Bu gün həmkarlar arasında gedən cılız rəqabət bu kimi primitiv məsələlərin həddən ziyadə böyüdülməsinə gətirib çıxarır. İnsanlar bəzən sizin xoş əməllərinizdən, yardımlarınızdan sui-istifadə edir. Bu heç də xoş deyil.
Yenə deyirəm bu sadəcə, sosial şəbəkə üzərindən həmkarlarıma və çalışdığım təşkilatlara ünvanlanmış mesaj idi. Heç bir intihardan söhbət gedə bilməz. Mən sağ və salamatam.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar