Sizin Reklam Burada
Xəbər lenti
05-02-2025
04-02-2025
BÜTÜN XƏBƏRLƏR

Zirəddin ikinci turun qalibinin adını açıqladı: “Mayın 28-də...”

Tarix: 16-05-2023 10:15     Baxış: 4626 A- / A+
Türkiyədə keçirilən prezident seçkisinin birinci turu geridə qaldı. İlk turda heç kim qalib olmadı. Prezident Rəcəb Tayyib Ərdoğan seçkidə öndə olsa da, o, lazım olan baryeri (50%+1 səs) aşmayıb.
Onun rəqibi Kemal Kılıçdaroğlu isə səs fərqi və faizi ilə geridədir, lakin bu da hələ onu məğlub etmir.
Beləcə, seçkinin ikinci turunda ən çox səs qazanan iki namizəd yarışır. Bu turda ən çox səs alan namizəd Türkiyənin 13-cü prezidenti seçiləcək.
Bu ərəfədə hər kəsi maraqlandıran bir sual var: 28 may - ikinci turda kim qalib olacaq?

Manevr.az xəbər verir ki, tanınmış ekstrasens Zirəddin Rzayev ikinci turla bağlı proqnozlarını yenisabah.az-la bölüşüb. O, Ərdoğanla bağlı bundan əvvəl verdiyi proqnozun qüvvədə qaldığını, ikinci turda Ərdoğanın seçilərək prezident olacağını açıqlayıb:
"Yenə təkrar edirəm, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan olacaq. Proqnozum qüvvədə qalır. Seçkinin ikinci, üçüncü, yaxud dördüncü tura qalmasının heç bir önəmi yoxdur, qalib Ərdoğan olacaq. Mən böyük hadisələri görürəm və onun prezident olacağını söyləmişdim, fikrimdən dönmürəm, dediyimin üzərində dayanıram. Bəziləri kimi gündə bir proqnoz vermirəm, bir dəfə Ərdoğanı prezident kimi gördüyümü söylədim, daha burada başqa söhbət ola bilməz. Dediyim ya səhvdir, ya da doğru, bunu mayın 28-də hər kəs görəcək".
Qeyd edək ki, Türkiyə qanunvericiliyinə görə, əgər ikinci turda iştirak haqqı qazanan namizədlərdən biri ölərsə və seçilmək hüququnu itirərsə, onda vəziyyət bir qədər dəyişir.
Onda ikinci tur birinci səsvermədə sıraya uyğun olaraq vakant namizədin dəyişdirilməsi ilə keçirilir.
İkinci tura tək namizədlə gedilirsə, bu zaman səsvermə referendum şəklində təşkil edilir, yəni seçicilər "hə", ya "yox" seçimini edirlər.(milli.az)

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar