Sizin Reklam Burada
Xəbər lenti
15-06-2026
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

"Tanrı sonsuzluğundan sevgi bətni viranədir..." -ŞEİRLƏR

Tarix: 08-05-2017 22:19     Baxış: 2645 A- / A+
"Tanrı sonsuzluğundan  sevgi bətni viranədir..."


Manevr.az gənc şair Cavid Fərzəlinin şeirlərini təqdim edir. Qeyd edək ki, müəllifin şeirlərini redaksiyamıza Emil Rasimoğlu ünvanlayıb:


***
Ayrılığım, saatın neçədi...
Əqrəblərin sevgi üstündə
duran vaxtıdımı...
...səni vaxtsız gözləyimmi
Saatı çarəsizlər kimi.
...gözünün ucundan itimmi
Çantanda axtardığın bəhanələr kimi.

Baxışların saniyələrdi,
Bir dəqiqəmə gözlərin tamammı...
Dilindən, saatın
şirin vaxtın eşidəcəmmi...

Əqrəblər zamanın ayaqlarıdı...
...bir anın gəlişin gözləyimmi.
Qolundakı saat zamanın qandalıdı,
Bu ömrü dustaq yaşayımmı...

***

Qoltuğlu ağaclar
yetim küləklərin, yuvasıdı...
Körpə budaqların böyüməsi küləklərin sevincidi.

Yarpaqların titrək lallığı
Susan ağacların
kövrək səsidi...
Dimdiyi atlı bülbüllərsə
arzuların nəğməsidi.

Bu ağac əzəldən
boşluğa söykənəndi,
...Əllərim göylərə söykəndiyi kimi.

***

Ölsəm
sevgimizi yetim böyüdərsən...
Yolmarsan saçlarını,
əllərimin körpə izin böyüdərsən.
Ağlasan,
gözlərində gün üşüyər...
Ayrılığın əlləriylə örtsən gözlərimi,
Ölüm üşüyər.

Tanrı sonsuzluğundan
sevgi bətni viranədir...
Bağışla yaşaya bilmədim sevgini,
Birdə ölmərəm.


***

Danışa bilmədimsə
bu eşqin dilindən,
Sevginin əlindən tutub
Gərək gedəydim həyatından...

Bu üzdən yaşadıq
ömrü yaraqlı.
Sövdələşib bir ev qurduq
qapısı dodaqlı...

Bir Tanrı oğulunun da
sevgisini yaşaya bilmədim...
Bağışla, qoruya bilmədim
özümdən səni.

Cavid FƏRZƏLİ

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar