Xəbər lenti
Komaya düşüb mələkləri gördü
ABŞ-ın 57 yaşlı sakini Devid Henzel sözün əsl mənasında o dünyanı görüb qayıdıb.
Bu barədə xatirələrini o, "Daily Star"a danışıb.
Belə ki, 2015-ci ilin sentyabr ayında Henzel ağciyər infeksiyası və sepsis səbəbindən xəstəxanaya yerləşdirilib. Vəziyyəti kritik olan kişinin nəbzi, demək olar, dayanıb və o, komaya düşüb.
"Mən heç öldüyümü bilmirdim. Heç nə anlamırdım, dərk etmirdim. Sadəcə halımın pisləşdiyi üçün gözlərimi yumduğumu xatırlayıram, açdıqda isə gecə səmasında olduğumu gördüm. Bu, gördüyüm ən gözəl gecə səması idi. Nə bulud var idi, nə ulduzlar. Heç nə yox idi. Səmanın nə əvvəli, nə sonu var idi", - deyə o, yaşadıqlarını danışıb.
Bundan sonra Devidin yanında Cənnətə aparacaq iki varlıq peyda olub, lakin Cənnət qapıları əvəzinə, onlar kişini gözəl bir bara gətiriblər. Burada çoxlu sayda gözəl butulkalar olub, lakin alkoqollu içkilər olmayıb.
Sonra varlıqlar Henzelə hündür ağ binaya dırmaşmalı olduğunu deyiblər.
"Bina indiyədək gördüyüm ən gözəl naxışlarla bəzədilmiş mərmərdən olub. Gəzdikdə ayağımın yerə dəydiyini hiss etmirdim. Sanki qravitasiya yox idi. Sanki üzərək gedirsən", - deyən Devid asanlıqla göydələnin divarı ilə qalxdığını danışıb.
Komadan ayıldıqdan sonra isə Henzel özünü tamam başqa bir insan kimi hiss etdiyini deyib.:
"Mənə nə vaxtsa pislik edən hər kəsi bağışladım. Hesab edirəm ki, bir çox şeyi dərk etmək və dinin mahiyyətini anlamaq üçün sözün əsl mənasında ölməli idim". big.az
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar