Xəbər lenti
Şair Ələkbər Sönməz yeni kitabını təqdim etdi -ŞƏKİLLƏR


Manevr.az xəbər verir ki, tədbir "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin təşəbbüsü, Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə qurumun "Natəvan" klubunda keçirilib. Təqdimat mərasimində şairin qələm dostları, jurnalistlər, ziyalılar ictimaiyyət nümayəndələri, oxucular və ailə üzvləri iştirak edib.


İ.Məmmədli şairin acılı-şirinli həyat yolundan, Başlıbeldəki 4 aylıq mühasirə gündəliyindən və yaradıcılığından geniş bəhs edib.
Nazirlər Kabineti Aparatının şöbə müdiri Qurban Sadıqov, Əməkdar jurnalist Əlövsət Ağalarov, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, fəlsəfə doktoru Məhəmməd Cəbrayılov, "Başlıbelə dəstək" İctimai Birliyinin sədri Vüqar Həşimov, sədr müavini Nurəddin Həşimov, ictimai fəal Rövşən Hüseynli və digərləri çıxış edərək, şairin yaradıcılığına nəzər salıb, ədəbi yaradıcılığını təhlil ediblər.
Şairlərdən Əjdər Əslisaf, Nuridə Misir, jurnalistərdən-İctimai tv-nin ıməkdaşı Vüsalə Məmmədova, "Yeni Müsavat" qəzetinin əməkdaşı" Etibar Seyidağa, Regional İnsan Hüquqları və Media Mərkəzinin rəhbərl Xalid Vahidoğlu Ə.Sönməzi yeni kitabının işıq üzü görməsi münasibətilə təbrik edib, yaradıcılığının bəzi məqamlarına toxunublar.
"Dəlidağ" Ədəbi Birliyinin sədri şair, jurnalist Namiq Dəlidağlı da öz növbəsində müəllifi təbrik edib, yaradıcılıq uğurları diləyib və ona birliyin "Uğur" diplomunu təqdim edib.
Kəlbəcərin işğalı zamanı 4 ay ailəsi və digər Başlıbel sakinləri ilə bərabər mühasirədə qalan şairin həmdərdliləri, faciəni gözləri ilə görən İsmət və Qismət Əzizovlar o günləri xatırlayıb və Ə.Sönməz yaradıcılığında yurd göynəyinin, ağrı-acının təbii çalarlarından danışıblar.
İstedadlı aşıq Hikmət Həsənovun ifasında şairin şeirləri səsləndirib.
S.Qərib



























Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar