Sizin Reklam Burada
Xəbər lenti
26-04-2026
25-04-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda manyak peyda oldu: Məktəbli qızlara əxlaqsız görüntülər...

Tarix: 05-05-2017 18:41     Baxış: 3319 A- / A+
Bakıda manyak peyda oldu:

Bakıda yeniyetmə qızların qarşısını kəsərək, əxlaqsızlıq edən manyak peyda olub.
Manevr.az xəbər verir ki, bu barədə axar.az-a adının açıqlanmasını istəməyən valideynlərdən biri məlumat verib. Valideyn bildirib ki, Xətai rayonunda, Ali Məhkəmənin yanında "keşik çəkən" manyak yaxınlıqda yerləşən məktəblərdən çıxan yeniyetmə qızların qarşısını kəsir, onlara əlində tutduğu planşetdəki əxlaqsız fotoları göstərməyə çalışır:
"Artıq 15 günə yaxındır ki, eyni hal təkrarlanır. Ötən gün məktəbli uşaqlardan biri manyakın bu qəfil hərəkətindən özünü necə itiribsə, avtomobillərin sürətlə hərəkət etdiyi prospektə çıxıb. Xoşbəxtlikdən, qəza baş verməyib. Valideyn olaraq çox narahatıq".
Valideynin sözlərinə görə, övladlarını qarşılamaq üçün artıq sözügedən əraziyə getməyə məcbur olublar:

"Yaxınlıqda növbə çəkən polislərə bu barədə məlumat verdik. Təəssüf ki, həmin vaxt manyak orada yox idi. Polislər isə foto və yaxud videofakt təqdim etməyimizin lazım olduğunu dedilər".

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Arif sözügedən sayta açıqlamasında bildirdi ki, bu haqda rəsmi müraciət daxil olmayıb:

"Buna baxmayaraq, sizin müraciətiniz mütləq nəzərə alınacaq və ən qısa müddətdə müvafiq tədbirlər görüləcək".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar