Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Rəis müavini ilə pul söhbəti videoya çəkildi – MTN

Tarix: 05-05-2017 12:31     Baxış: 7427 A- / A+
Rəis müavini ilə pul söhbəti videoya çəkildi

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev, Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyev və digərlərinin məhkəmə prosesi davam edib.

Manevr.az xəbər verir ki, cinayət işinə Bakı Hərbi Məhkəməsində, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə baxılır.

Məhkəmədə ifadə verən zərərçəkmiş Sahib Qurbanov bildirib ki, hədə-qorxu yolu ilə ondan külli miqdarda pul alıblar. Onun sözlərinə görə, Zaur Əzimov və Amil Yusifovla birgə siqaret satışı ilə məşğul olub:

“2015-ci ilin yanvar ayında ləğv edilmiş MTN-in Xəzər rayon idarəsində Amil Yusifova məxsus siqaret yükünün saxlanmasından sonra danışıq aparmaq üçün həmin idarəyə getmişəm. Orada Heydər İslamov adlı MTN əməkdaşı ilə görüşmüşəm. Həmin vaxt Heydər İslamov mənim də cinayət məsuliyyətinə cəlb olunacağımı bildirərək 40 min manat məbləğində pul tələb etdi. Növbəti gün Heydər İslamova 40 min ABŞ dolları pul verdim”.

Zərərçəkmişin sözlərinə görə, 2015-ci ilin təxminən fevral ayında Rafiq Səfərovun rəhbərlik etdiyi əməliyyat tədbirləri nəticəsində Zaur Əzimovla Amil Yusifova məxsus 100 qutu siqaret saxlanılaraq MTN-in Binəqədi rayon idarəsinə aparılıb:

“Bundan sonra həmin idarənin Heydər Hacıyev adlı əməkdaşı zəng vuraraq məndə olan 60 qutu siqareti də qısa müddət ərzində MTN-in Binəqədi rayon idarəsinə gətirərək təhvil verməyimi tələb etdi, əks təqdirdə həbs olunacağımla hədələdi. Özümdə olan siqaretlərdən 55 qutusunu apararaq MTN-in Binəqədi rayon idarəsinə təhvil verdim”.

Sahib Qurbanov ifadəsində qeyd edib ki, MTN-in Binəqədi rayon idarəsinin həyətində Heydər Hacıyev və Rafiq Səfərovla görüşüb: “Onlar həm siqareti müsadirə edirdilər, həm də əlavə pul istəyirdilər. Heydər Hacıyevə əlavə pul verə bilməyəcəyimizi dedik. Bununla bağlı Daxili İşlər Nazirliyində idarə rəisi işləmiş general Vidadi Rzayevlə görüşdük. O bu məsələni Eldar Mahmudovla görüşüb həll edəcəklərini dedi.

Vidadi Rzayev MTN-in Binəqədi rayon idarəsinə getdi, Rafiq Səfərovla görüşdü. Zaur Əzimovun cinayət məsuliyyətinə cəlb olunmamasını Rafiq Səfərovla 150 min manata razılaşdıq”.

Sahib Qurbanov həmçinin ifadəsində qeyd edib ki, Xəzər rayonundakı vəzifəsindən çıxıb MTN-in Binəqədi rayon idarəsində rəis müavini olan Heydər İslamovla görüşüb, pul verməsi barədə söhbət edib:

“Heydər İslamovdan prokurorluğa şikayət etmişdim. O, məni yanına çağırıb şikayətimi geri götürməyimi istədi. Kənardan söhbətimizi də videoya çəkdirdim. Söhbət zamanı Heydər İslamov mənə 10 min manat verdi. Mən də həmin pulu işi aparan müstəntiqə verdim ki, əl-barmaq izi götürsünlər, əgər məndən vaxtı ilə pul almayıbsa, nəyə görə bu qədər pulu mənə verib”.

Sahib Qurbanov istintaqa verdiyi ifadəsində göstərib ki, Heydər İslamov və Rafiq Səfərovdan verdiyi pulları və siqareti tələb edib:

“Onlar da məndən aldıqları pulu və siqareti Eldar Mahmudovun əmisi oğlu olan Vüqar Mahmudova verdiklərini bildiriblər. Pulları və siqareti ondan tələb etməyimi məsləhət gördü. Mən də MTN-in hospitalına getdim və orada Vüqar Mahmudovla görüşdüm. Görüş zamanı Vüqar Mahmudovun Rafiqlə Heydəri tanıdığını desə də, siqaretlərin və pulun alınmasından xəbərsiz olduğunu bildirdi. Vüqarla görüşdən bir neçə gün sonra mənə zəng vurdu və dediklərini araşdırdığını, onun bu məsələlərə aidiyyətinin olmadığını bildirdi”.

İstintaqa şahid qismində ifadə verən Heydər İslamov bildirib ki, 2015-ci ilin mart ayınadək MTN-in Xəzər rayon idarəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, mühüm işlər üzrə əməliyyat müvəkkili, bölmə rəisi vəzifələrində işləyib.

O, daha sonra MTN-in Binəqədi rayon şöbəsinə rəis müavini təyin edilib: “Sahib Qurbanovu 2015-ci ilin noyabr ayından tanımışam. 2015-ci ilin noyabr ayında Naib adlı şəxsin mənə zəng vuraraq görüşmək istədi. Görüş zamanı oraya sonradan adının Sahib olduğunu bildiyim şəxsin də gəldi. Görüş zamanı Sahibin pulunun guya mənim aldığımı bildirdi. Mən də Naibə Sahibi tanımadığımı, ondan hər hansı məbləğdə pul almadığımı bildirdim”. Qeyd edək ki, Heydər İslamov vəzifəsindən azad edilib.– teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar