Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

"Ən adi yaxşılıqları ömrə naxışlayan adam" - Elşən Əzim yazır

Tarix: 03-04-2023 14:11     Baxış: 1665 A- / A+
E.Əzim və Ə.Qoşalı


Mən o adamı min illərdi tanıyıram desəm, bəlkə də mübaliğə kimi anlaşılar. Əslində tanışlığımız təxminən 2009-cu ildən başlayır.
“Bizim söz” qəzetində Dünya Gənc Türk Yazarlar Birliyinin hansısa layihəsi haqqında yazı getmişdi. Qəzetin baş redaktoru, şair dostum Ələmdar Cabbarlıdan xahiş etdim ki, məni Əkbər bəylə tanış etsin. Birlikdə Atatürk mərkəzinə yollandıq. Əkbər məni min ilin tanışı kimi qarşıladı. İlk gündən sözümüz-söhbətimiz tutdu. Nədənsə mənə də elə gəldi ki, bu adamı çoxdan tanıyıram. Və min illərdi tanımağımın ruhsal bir məqam olduğunu anladım. Əkbər Qoşalı təkcə varlığında, ruhunda şüurunda türk məfkurəsi, türk sevdası daşımır, bu məqam həm də onun simasında, oturuşunda- duruşunda da təcəlla edir. Elə tanışlığımızın min illərə dayandığını ilk olaraq bu sima “pıçıldadı”. Sonralar isə fikir, düşüncə, mövqe baxımından nə qədər yaxın olduğumuzu dərk etdim və bu dərk maqamı heç zaman mövcudluğuna xələl gəlməyəcək bir dostluğa çevrildi. Rəsmi soyadına Yolçu kəlməsi möhürlənmiş Əkbər Qoşalıyla yolçuluğumuz buradan başladı.  Bakıdan, Mingəçevirdən, Şəkidən, Tovuzdan, Qazaxdan, Gədəbəydən keçən yollarımız türkün şərəf tarixi olan İstanbula, türkün ulu ruhunun dolaşdığı Tenqri (Tanrı) dağına qədər ucaldı. Bu Turan yolçuluğunun bir dayanacağı Çingiz Aytmatovun məzarı oldusa, başqa bir dayanacağına İssikulun ləpədöyəni şahidlik etdi. O, həm də yol yoldaşı kimi əvəzolunmazdır. Səmimi ünsiyyəti, duzlu zarafatları, hər zaman pozitiv ovqatı adamı yorulmağa qoymur. Əkbər Qoşalı “neynim-neceliyim” deyən adam deyil. Adama elə gəlir ki, Ən həlli çətin məsələlər də onun iştirakıyla çözülə  bilər. Lap həll olunmasa belə, onunla bir ortamı bölüşəndə adamın qəlbində nigaranlıq, gözündə qayğı olmur. Hətta torpaqlarımızın işğaldan azad olunacağı hamıya müşkül kimi göründüyü illərdə də  Əkbər Qoşalı məndə inam, ümid yaradırdı və bu ümidi də təkcə dövlətin, ordunun gücüylə deyil,  həm də Tanrının ədaləti ilə əlaqələndirirdi. Qutsal türk inanclarını qəlbində süsləyən şair dostum Türkün qüdrətinə, türkün tanrısının ədalətinə inamını heç vaxt itirmir. Bu səbəbdən də inanıram ki, UĞUR tanrısı hər zaman onun yollarının üstündə olacaq. Könlügözəl dostum ən ağır məqamda belə müsbət enerji paylayır. Əkbər Qoşalı işıqlı adamdır!
Yazının başlığını özünün bir şeirindən götürmüşəm
Utana bilirəm hələ,
Hələ bağışlayıram.
Ən adi yaxşılıqları,
Ömrə naxışlayıram.

Doğrudan da belədir. Əkbərin rəhbərlik etdiyi hər –hansı bir layihədə, tədbirdə, məclisdə bir balaca fəallıq etdinsə, onun beş qat əvəzini çıxmaq istəyir. 
Yuxarıda qeyd etdiyim kimi Əkbər Qoşalı Tanrıya ulu bir Türk kişisi kimi xitab edir. Ağlamadan, sızlamadan, yalvarmadan sanki tanrıyla dost kimi danışır, sirrini bölüşür. Bu hal onun şeirlərində daha çox özünü göstərir:
Sevinə bilirəm, Tanrım,
Kədərlənə bilirəm.
Sevə bilirəm, ya Tanrı,
Sevilirəm bəlkə də.
Yaxud,
Sarayım Firata baxıb, baxmayıb?...-
Xatırlaya bilmirəm, Gülqamışın gil tarixi sirr vermir...
“Bu vücudun iki payı Tanrıdır,
Bircə pay insandı”-
Deməliyəm,
Demirəm;
“Tanrı mənə şah damardan 
Yaxındır”-
Bu olsun ən doğrusu...
Əkbər Qoşalının şeirlərində klassik şərq poeziyasının sızıltıları yoxdur, bu şeirlərin ritorikasında, nəfəsində, səsində “Kitabi Dədə Qorqud”, AlpərTonqa”, “Manas”, “Ergenekon” havası var. Əkbərin Poeziyasıyla türkün ruhsal, qutsal qatlarını dolaşmaqla yanaşı həm də Türk dünyasının qədim və çağdaş coğrfiyasını səyahət etmək olur. Elə bil Tanrıyla insanı, göylə yeri, ruhla bədəni bir araya gətirir, Tanrını yerə endirir, yeri tanrıya qaldırır. Onun şeirlərində türkün gəldiyi, keçdiyi, yaşadığı yer, çay, dəniz məkan kimi deyil, məqam kimi təqdim olunur:
Bir də,
Soyuq Sibirdəki ağ qadını bilirəm-
Atın qara ciyərini çiy-çiy yeyən,
Amma hər bir kəlməsini
Bişirib, deyən...

 
Yaxud,
 
Deyirəm, nə yaxşı ki,
Yeniseylə Firatın
Arasında Xəzər var,
Xəzər qıyısındakı 
Bir koma yetər mənə.
 

Əkbər Qoşalının hətta sevgi şeirlərində belə mənim gözüm önünə müasir qadın deyil, “Kitabi-Dədə Qorqudun” qadın personajları gəlir. Sanki o, öz sevdiyi qdını da Burla xatun, Selcan xatun gözündə görür. Fikrimi bir müqayisə ilə əsaslandırım:
“evdən çıxıb yürüyəndə sərv boylum...
Topuğunda sarmaşanda qara saçlım”
Kitabi-Dədə Qrqud
 
Ağmı görməmişik, ya yaraşıqmı,
Yox, sənin ayağın başqadı, başqa.
Bir bax öz ürəyin sinəndə vurur,
Ayrı bir ürək var ayaqlarında

Əkbər Qoşalı

Şerinin ritmində at nalının səsi eşidilən şair dostumun ilk gəncilyindən çıxdığı Böyük Turan yolçuluğunda gəlib çatdığı  50 yaşına elə Dədə Qorqud dualarıyla “xoş gəldin” deyirəm:
Çaparkən ağ-boz atın büdrəməsin!
Vuruşanda iti polad qılıncın (və qələmin) gödəlməsin.

Elşən Əzim 
10.01.2023

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar