Xəbər lenti
Laçında inşa edilən yeni evlər görənləri heyran edir - VİDEO
Laçın şəhəri sürətlə müasir görkəminə bürünür. Şəhərin hər yerində fasiləsiz olaraq yenidənqurma işləri aparılır. Məqsəd may ayına qədər Laçını doğma sakinlərinin ilk qayıdışına hazırlamaqdır.
Manevr.az xəbər verir ki, Xəzər televiziyasının əməkdaşı Laçında olub, şəhərdə aparılan yenidənqurma işlərini lentə alıb. Məlum olub ki, Laçın şəhərinin hər yerindən mismar, çəkic və ağır texnikaların səsləri gəlir.
İşğaldan öncə Laçın şəhərində 2020 fərdi ev, 28 ümumi yaşayış evi olub.
İşğal zamanı isə bu evlərin 1500-dən çoxu dağıntılara məruz qalıb. Ötən ilin sentyabr ayında şəhərin baş planına uyğun olaraq yeni evlərin tikintisinə başlanılıb və aparılan işlərin böyük bir qismi artıq bitmək üzrədir.
Yeni evlərin gözəl dizaynı və mənzərəsi baxanları heyran edir...
Şəhərdə yenidən qurulan 8 yaşayış binası 2 və 4 mərtəbədən ibarət olacaq. Evlərin və binaların kommunal infrastrukturu artıq hazırdır.
Şəhərdə 30-dan çox ictimai bina olacaq və onlardan çoxunun inşası başa çatıb. İstifadəyə yararlı binalar isə təmir edilir.
Laçın şəhərinin ərazisində olan yollar 6,8,12 metrədək genişləndirilir. Torpaq sürüşməsinin qarşısının alınması məqsədilə yol kənarı istinad divarları tikilir.
Laçın şəhərində indiyə qədər məscid mövcud olmayıb. Elə bu səbəbdən də çox yaxın zamanda şəhər sakinlərinin ibadəti üçün Heydər Əliyev Fondunun xətti ilə məscid kompleksinin tikintisi nəzərdə tutulur.
Laçın şəhərinə ilk köç bu ilin may ayında planlaşdırılır. Bura köçən sakinlərin məşğulluğu üçün paralel olaraq iş yerlərinin tikintisi də aparılır. Bir sözlə, Laçının laçın vaxtları hələ bundan sonra başlayacaq.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar