Sizin Reklam Burada
Xəbər lenti
07-06-2026
06-06-2026
BÜTÜN XƏBƏRLƏR

Fərəcovun oğlu 200 minlik maşınla qızı öldürdü

Tarix: 04-05-2017 12:39     Baxış: 4896 A- / A+
Fərəcovun oğlu 200 minlik maşınla qızı öldürdü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Manevr.az report-a istinadən xəbərinə görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində qeydə alınıb.

"Neftçilər" metrostansiyası istiqamətinə gələn yolda avtomobil Xəyalə Məmmədovanı vurub və hadisə yerindən qaçıb. Ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına aparılan qadın orada ölüb. Araşdırmalarla müəyyən edilib ki, qəzanı törədən avtomobili Fərəcli Ağaəli Füzuli oğlu idarə edirmiş.

Lent.az 24 yaşlı Xəyalə Məmmədovanı vurub qaçan Fərəcli Ağaəli Füzuli oğlunun qəzanı 99 BS 999 dövlət nömrə nişanlı “Porşe Cayenne Magnum” markalı avtomobillə törətdiyini yazıb. Kamera görüntüləri əsasında sürücü və nəqliyyat vasitəsi müəyyənləşdirilib.

Bildirilir ki, hadisəni törədən A.Fərəcli tanınmış iş adamı Füzuli Fərəcovun oğludur. O, Bakıxanov qəsəbəsində yaşayır və burada bir neçə restoranı var. Qəzanı törədən avtomobilin qiyməti isə 200 min manatdan başlayır.

DİN-in Təhlükəsiz Şəhər Xidməti və Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ağaəli Fərəcov tutulub.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Fərəcovun oğlu 200 minlik maşınla qızı öldürdü

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar