Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

İlham Əliyev və xanımı Federasiya prezidenti ilə görüşdü

Tarix: 02-05-2017 11:59     Baxış: 8386 A- / A+
İlham Əliyev və xanımı Federasiya prezidenti ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva mayın 2-də Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinari Vatanabeni və Beynəlxalq Gimnastika Federasiyasının baş katibi Andre Qaysbuxleri qəbul ediblər.

Dövlət başçısı Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışlarının çox uğurla keçirildiyini vurğulayıb və qeyd edib ki, bundan əvvəl də Azərbaycanda gimnastika üzrə dünya və Avropa çempionatları və digər mötəbər tədbirlər yüksək səviyyədə təşkil olunub.

Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinari Vatanabe Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışlarının uğurla keçirilməsi və ümumilikdə gimnastika idman növünə verilən dəstəyə görə Prezident İlham Əliyevə və birinci xanım, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib. Eyni zamanda, Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinari Vatanabe 2015-ci ildə Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunması ilə bağlı təbriklərini çatdırıb. Morinari Vatanabe 2020-ci ildə Tokio Olimpiya Oyunlarında Azərbaycan gimnastlarının uğur qazanacağına ümidvar olduğunu bildirib.

Dövlət başçısı bu mühüm idman tədbirinin Tokioda keçirilməsi ilə bağlı təbriklərini ifadə edib. Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafına böyük diqqət göstərildiyini və gənc nəslin idmana olan həvəsinin gündən-günə artdığını vurğulayıb.

Beynəlxalq Gimnastika Federasiyasının baş katibi Andre Qaysbuxler qeyd edib ki, Azərbaycan idman sahəsində, ümumilikdə ölkənin inkişafında inanılmaz uğurlar qazanıb və bildirib ki, son illər Azərbaycandakı böyük inkişaf prosesləri dərin təəssürat yaradır.

Prezident İlham Əliyev paytaxtımızda və digər regionlarda genişmiqyaslı quruculuq işlərinin həyata keçirildiyini bildirib, ən müasir idman strukturunun, o cümlədən gözəl gimnastika idman sarayının inşa edildiyini məmnunluqla vurğulayıb.

Qonaqlar Azərbaycanda gimnastika sahəsində görülən işləri dünyada gimnastika idman növünün inkişafına böyük töhfə kimi dəyərləndiriblər.

Birinci xanım, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva ölkəmizdə Gimnastika Federasiyasına rəhbərlik etməsindən və xüsusilə bu sahədə əldə olunan uğurlardan qürur hissi keçirdiyini bildirib və qeyd edib ki, Azərbaycanda gimnastikanın inkişafının əsası qoyulan vaxt bu idman növü bir o qədər də populyar deyildi. İndi isə gimnastikaya böyük maraq göstərilir, xüsusilə xeyli sayda gənc qızlar bu idman növü ilə məşğul olmaq və yarışlarda iştirak etmək arzusundadırlar. Bu, çox böyük nailiyyətdir və biz bununla fəxr edirik.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar