Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
BÜTÜN XƏBƏRLƏR

Bakının mərkəzində şiddət yaşanır: sakinləri zorla evlərindən çıxarırlar

Tarix: 30-04-2017 16:03     Baxış: 3333 A- / A+
Bakının mərkəzində şiddət yaşanır:

Ərazinin MİS müdiri, şirkətin əməkdaşları, polis nümayəndələri sadəcə kənardan dayanıb evin sökülməsinə baxırlar.
Süleyman Rüstəm küçəsi 193 (köhnə 69) ünvanında yaşayan sakinlərə bu gün sözün əsl mənasında divan tutuldu. Sakinlərin yaşadıqları mənzilə güc yolu ilə daxil olan tikinti şirkətinin işçiləri onların əşyalarını çölə ataraq təhqir ediblər. Dünən Sputnik Azərbaycan-ın əməkdaşı hadisə yerində olub, sakinlərlə görüşmüşdü. Sakinlərin sözlərinə görə, ərazidə bina Rifah Plaza şirkəti tərəfindən tikilir. Şirkət ötən ilin dekabrından ərazidə söküntü işlərinə başlayıb. Sakinlərdən Sədaqət Hüseynovanın sözlərinə görə, onlara heç bir kompensasiya təklif edilməyib: “Mən bu vəziyyətdə güclə uşaq saxlayıram. Ötən ilin dekabrında gətirib bura polis tökdülər. Biz polis idarəsinə zəng vurduq, dedilər xəbərimiz yoxdur. Sonra bəzi sakinləri qorxudaraq razılıq aldılar. Bəzisi vəzifəsinə, bəzisi işinə görə geri çəkilməli oldu. Fevral ayında gəlib qazımızı kəsdilər. Ətrafda yaşayanlar inandı ki, dövlət layihəsidir, razılaşdılar. Bu şəxslərin heç bir sənədi yoxdur. Gəlib bizim evlərimizə sahib çıxdılar”. Bakıdakı qorxunc gecənin təfərrüatları: sakinləri elektroşokerlə vurublar. Digər sakin Dilavər Osmanovanın sözlərinə görə, ərazidə 27 ildir ki, yaşayır: “Yanvar ayında evimin ətrafını sökməyə başladılar. Deyirlər, evləriniz qəzalıdır. Bizim evlərimiz qəzalı olmayıb. Bu evdən iki qız köçürmüşəm, heç bir şikayətim olmayıb. Gəlib qonşunun suyunu kəsdilər, bütün gecəni su doldu zirzəmiyə evim bərbad vəziyyətə düşdü. Bizə deyirlər ki, 4 aydır sizi kim eşidib ki, indi eşitsinlər. Deyirik ki, Mehriban xanıma şikayət edəcəyik, deyirlər elə bu saat o sizi eşitdi. Odun yandırırıq şəhərin mərkəzində”. Sakinlər bildirir ki, onlara kompensasiya təklif edilmir, sadəcə kirayə üçün pul təklif edilir: “Deyirik ki, niyə bizi evimizdən edirsiniz. Deyirlər ki, torpaqlarınızı qoyub gəlməyəydiniz. Biz Qərbi Azərbaycanlıyıq və öz torpaqlarımızı öz xoşumuzla qoyub gəlməmişik. Bizi təhqir edirlər”. Əvvəllər ərazidə 16 ailə yaşayırmış, hazırda burada 9 ailə yaşayır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar