Sizin Reklam Burada
Xəbər lenti
08-05-2024
07-05-2024
BÜTÜN XƏBƏRLƏR

"Onun həyatımda çox böyük rolu var" - Qənirə Paşayeva

Tarix: 26-08-2016 11:39     Baxış: 3447 A- / A+
"Onun həyatımda çox böyük rolu var"


Millət Vəkili Qənirə Paşayeva bu gün doğum günü qeyd olunan Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı özünün feysbuk səhifəsində təbrik edib. Təbriki oğlduğu kimi təqdim edirik:

“Həyatımda böyük rolu olan əziz Mehriban xanım, doğum gününüz mübarək!

Ölkəmizin Birinci Xanımı, millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bütün ömrüm boyunca tanıdığım ən gözəl, daxili sevgi ilə dolu olan, insanlara yaxşılıq üçün yaşayan insanlardandır. Qəlbindəki böyük sevgisi, humanizm duyğuları ilə bərabər ağlı, mərdliyi, cəsarəti ilə də özəl bir insandır. O özünün xarici gözəlliyi ilə bərabər daxili gözəlliyi ilə fərqlənən bir insandır.

Allah ondan fiziki və mənəvi, heç bir gözəlliyi əsirgəməmiş. Xarici qədər də daxili də gözəl olan bu Qadın minlərlə gənc qızların örnək aldığı, oxşamaq istədiyi bir insandır. Sadəcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da hər zaman haqqında böyük heyranlıqla danışılan bir Şəxsiyyətdir. Və biz dəfələrlə beynəlxalq tədbirlər, görüşlər zamanı bunun şahidi olmuşuq.

O, Azərbaycanı və qadınımızı dünyada ən gözəl şəkildə təmsil edən bir Azərbaycan Qadınıdır. Bunu hər zaman söyləyirəm. Onu sadəcə bir sözlə ifadə et desəydilər, bu söz Xeyirxahlıq olardı. O, sanki dünyaya xeyirxahlıq üçün gəlib və onu ən gözəl şəkildə də icra edir. Ölkəmiz üçün gördüyü gözəl və böyük işlərlə bərabər o, gözəl Ana və nənədir. Bu gün onun, həyatımda böyük rol oynamış və çox şeylər öyrəndiyim və öyrənməkddə davam etdiyim gözəl İnsanın, milyonlarla insanın sevimlisi ölkəmizin Birinci xanımı, millət vəkili, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, dəyərli Mehriban xanım Əliyevanın doğum günüdür. Onu təbrik edir və Allahdan qəlbində olan bütün arzularına çatmasını diləyirəm. Ona Ali Baş Komandanımızın rəhbərliyi ilə işğaldan azad edəcəyimiz o gözəl torpaqlarımızda doğum günü qeyd etməyi diləyirəm. Bu onun də ən böyük arzularının önündə gəlir".


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar