Sizin Reklam Burada
Xəbər lenti
10-10-2024
09-10-2024
BÜTÜN XƏBƏRLƏR

İran səfirliyimizə hücum edən terrorçunu aradan götürür? - “Deyəcəklər ki, özünü asdı”

Tarix: 03-02-2023 14:21     Baxış: 4933 A- / A+
İran səfirliyimizə hücum edən terrorçunu aradan götürür? - “Deyəcəklər ki, özünü asdı”
“Artıq İran hakimiyyətinin Yasin Hüseynzadəni psixi xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumatlar mətbuatda dərc olunub. Ona görə də onun öldürülməsi inandırıcı deyil. Əgər o, öldürülsə, o zaman İran ittihamları öz üzərinə götürə bilər”. 
 
Manevr.az xəbər verir ki, bu sözləri yenisabah.az-a açıqlamasında təhlükəsizlik üzrə ekspert İlham İsmayıl deyib. 
 
Mütəxəssis MİT-in istefada olan polkovniki Coşkun Başbuğun “Yasin Hüseynadəni xəstəxanada öldürüb buna intihar görüntüsü verə bilərlər” açıqlamasına şərh verib. 
 
Öz növbəsində, İ.İsmayıl əlavə edib ki, əgər o, xəstəxanaya yerləşdirilib psixi xəstə kimi təqdim olunacaqsa, ola bilsin ki, 2-3 il sonra onu öldürə bilərlər: 
 
“Bu zaman deyəcəklər ki, xəstəxanada vəfat etdi. Amma bu saat onun öldürülməsi İran üçün mənfi bir tendensiya olacaq, hətta bununla İran hər şeyi öz üzərinə götürmüş olacaq”.
 
Müsahibimiz inanmır ki, İran özünün naminə bu cür yanlışlığa yol versin:
 
“Onsuz da onu psixi xəstəxanaya yerləşdirməklə günahı öz üzərindən atmaq istəyir. Yəni onun öldürülməsi hazırda İran üçün başağrısı olar. Hətta ən primitiv münasibətlər belə imkanlar vermir ki, Yasin Hüseynzadə xəstəxanada öldürülsün. Əgər o öldürülsə, artıq deyiləcək ki, terror aktını siz təşkil etdiniz, ondan istifadə etdiniz, planlarınızı icra etdirəndən sonra da onu öldürtdünüz. Onun ölümü nə ilə qoyula bilər? Deyəcəklər ki, özünü asdı, intihar etdi. Yəni bunların heç biri keçməyəcək, əksinə, İrana qarşı indikindən daha böyük ittihamlar səsləndiriləcək”. 
 
Ekspert aydınlaşdırıb ki, onsuz da İran hakimiyyəti Y.Hüseynzadəni psixi xəstəxanaya yerləşdirməklə onu ölümlə üz-üzə qoyub:
 
“Yəni bu, ölümə bərabər bir məsələdir. Eləcə də bu, itithamları öz üzərindən atmaq cəhdləridir. Yəni ki, onun öldürülməsi bu saat inandırıcı deyil”.
 
Təhlükəsizlik məsələləri üzrə mütəxəssis onu da əlavə edib ki, baş verən hadisələrdəki bəzi dəlillər və sübutları biz dəfələrlə İran tərəfinə bildirimişik:
 
“Lakin İran dövləti məişət zəmininə köklənmiş adamı terror aktında istifadə edib. Doğrudur, bunun əsasında məişət zəmini durur, yəni bu adam arvadını axtarır. Bunu da İran xüsusi xidmət orqanları uydurub ki, sonradan uydurduqları əfsanəyə görə hərəkət etsinlər. Amma indiki şəkildə fəsad o mənada olacaq ki, belə olan halda İrana deyəcəklər ki, siz bu işi ona icra etdirdiniz, indi isə şahidləri aradan götürürsünüz. Yəni təxminən ortaya belə bir hadisə çıxacaq və avtomatik İran bunu öz üzərinə götürmüş olacaq.
 
Yenə deyirəm ki, hər halda İran kəşfiyyatında ağıllı adamlar var və onalr bilirlər ki, bu məsələ onları birbaşa fakt qarşısında qoyacaq. Ona görə də bu addımı atacaqlarına inanmıram”. 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar