Xəbər lenti
Öz ölümünü bilən falçıdan qorxunc müharibə proqnozu - mütləq olacaq FOTOLAR

"Savaş yağmurlu bir gecədə başlayacaq"
Bir mədənçinin 3-cü dünya savaşı haqqında proqnozuna inanarsınız? İnansanız da, inanmasanız da Alois Irlmaier adlı mədənçinin illər öncə verdiyi proqnozlar dünyanın yeni savaşa doğru getdiyinin bariz nümunəsidir.
1894-cü ildə Almaniyada doğulan Irlmaier (1959-ci ildə ölüb) peşəkar qazmaçı idi. O, eyni zamanda gələcəkdən də xəbər verirdi. Irlmaierin hətta İkinci dünya savaşı boyunca bombalanacaq bəzi ərazilərlə bağlı dəqiq pronozları olub.
Bu qeyri-adi qabiliyyəti onu o qədər məşhurlaşdırıb ki, hətta bəzi cinayətlərin açılması üçün də polis ona müraciət edib. Bu qədər məşhurluq ona az problem də yaratmadı. Alman mədənçi bir müddət sonra şarlatanlıqda ittiham edilməyə başlandı.
Lakin Irlmaier məhkəmədə yalançı olmadığını sübut etdi. Məhkəmə hakiminin həyat yoldaşının o gün nə geyindiyi, nə etdiyini heç görməməsinə rəğmən bir-bir deyib. Tamamilə doğru məlumatlar hakimi inandırdı və o bəraət aldı.
Irlmaier gələcəklə bağlı məlumatları rəqəmlər, şifrələr şəklində görürdü. Onun ən böyük təxmini isə öz ölümü ilə bağlı olub. Alman baxıcı dediyi kimi 1959-cu ilin iyul ayında ölüb. "Gördüyüm şeyləri yaşamayacağım üçün ölməyimə sevinirəm".
O, hətta 3-cü dünya müharibəsi ilə bağlı da proqnoz verib. Baxıcı savaşın Yaxın Şərqdə başlayacağını deyib. "Hər şey sülhü çağırır - Şalom (yəhudi dilində sülh). Yaxın Şərqdə qəfildən bir savaş alovlanır. Böyük dəniz gücləri Aralıq dənizində düşmənlərlə üz-üzə qalır. Əsl qığılcım isə Balkanlarda yaranır.
Böyük bir şeyin yanında dayanıram. Yanında bir qanlı qılınc var. İki nəfər iyerarxiya sırasında olan 3-cü şəxsi öldürəcək. Qatillərdən biri qaradərilidir, digəri isə daha uzun və açıq rəngli saçı olan şəxsdir. Bunun qisası isə dərhal alınacaq, ucsuz-bucaqsız su üzərindən...
Ancaq sarı əjdaha (Çin və ya kimyəvi silah ola biləcəyi ehtimal edilir) Alyaska və Kanadanı eyni gündə işğal edəcək. Gəlişləri o qədər də uzaq deyil. Sonra sarı toz yağmuru olacaq. ABŞ-ın böyük şəhəri (ehtimal ki, paytaxt) raketlərlə yox ediləcək və qərbi asiyalılar tərəfindən işğal ediləcək. Amma işğalçılar geri otuzdurulacaq.
Üçüncü dünya müharibəsi mütləq olacaq. Amma vaxtını görə bilmirəm. Savaş məhsul yığımından öncə, yağmurlu bir gecədə başlayacaq".istipress
Manevr.az



Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































