Sizin Reklam Burada
Xəbər lenti
15-06-2026
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

Lapşindən xəbər var

Tarix: 27-04-2017 20:27     Baxış: 1416 A- / A+
Lapşindən xəbər var

Bakıda həbsdə olan bloqer Alenksandr Lapşin saxlanıldığı 1 saylı Bakı İstintaq təcridxanasının tibb məntəqəsində vəkili ilə görüşüb.
Bu barədə trend-ə açıqlamasında A.Lapşinin vəkili Eduard Çernin məlumat verib.
Onun sözlərinə görə, A.Lapşin hazırda tibb məntəqəsində müalicə olunur: “Müalicələri davam etdirilir, özünü normal hiss edir, vəziyyətində kəskinləşmə yoxdur. Lapşin həmçinin müstəntiqlə də görüşdü və istintaq materialları ilə tanış oldu. İstintaq barədə müstəntiq Lapşindən lazım olan məlumatları soruşdu. Hələ ki, istintaq davam edir, yaxın günlərdə istintaqın yekunlaşması gözlənilmir”.
Vəkil bildirib ki, A.Lapşinin səhhəti ilə bağlı Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülmək fikri yoxdur.
Xatırladaq ki, A.Lapşin bir müddət əvvəl səhhəti ilə bağlı Bakı İstintaq Təcridxanasının rəhbərliyinə müraciət etmişdi. O, təcridxana nəzarətçilərinin müşayiəti ilə Bakıdakı özəl klinikalardan birinə aparılıb və orada müayinə olunub. Müayinə zamanı ona “ürəyin taxikardiyası” diaqnozu qoyulub. Müayinələrdən sonra Lapşin təcridxananın tibb məntəqəsinə köçürülüb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar