53-cü Dünya İqtisadi Forumu (WEF) üçün İsveçrənin Davos şəhərinə gedən Ukrayna lideri Zelenskinin həyat yoldaşı aldığı xəbərdən sarsılaraq göz yaşlarını saxlaya bilməyib.
Forumun sədri Borqe Brende, Ukrayna daxili işlər nazirinin həyatını itirdiyi qəzanı açıqladıqdan sonra iştirakçılardan 15 saniyəlik sükut saxlamağı xahiş edib.
Brendedən sonra səhnəyə çıxan Yelena Zelenskaya da faciəvi qəzadan danışıb:
“Bu daha bir kədərli gündür, yeni itkilərimiz var.
Əminəm ki, siz mənim hisslərimi başa düşürsünüz. Bəlkə siyasi və iqtisadi dialoq üçün bir az yersizdir, amma əminəm ki, müharibə bütün dünyanı dəyişdiyi kimi bizim dialoqumuzu da dəyişdi”,- deyə o söyləyib.
Qeyd edək ki, ötən gün Kiyev vilayətinin Brovarı şəhərində helikopter qəzasının baş verib. Hadisə nəticəsində Ukraynanın daxili işlər naziri Denis Monastırski, daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin və Daxili İşlər Nazirliyinin dövlət katibi Yuri Lubkoviç də daxil olmaqla ümumilikdə 15 nəfər ölüb, 29 nəfər yaralanıb. Helikopter uşaq bağçasının və yaşayış binasının üzərinə düşüb.ölkə.az