Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

Cinsi əlaqədə olarkən öldü, oğlu bir gecədə 19 qardaşını qətlə yetirdi – Osmanlı sultanı III Muratın həyat hekayəsi

Tarix: 17-01-2023 14:53     Baxış: 4961 A- / A+
Cinsi əlaqədə olarkən öldü, oğlu bir gecədə 19 qardaşını qətlə yetirdi – Osmanlı sultanı III Muratın həyat hekayəsi
Osmanlı tarixi çox maraqlı hadisələrə şahidlik edən geniş və köklü bir keçmişə malikdir. Osmanlı İmperiyası 1299-1922-ci illər arasında 623 il hökm sürən çoxmillətli bir imperiya olub.  Bu dövrdə 36 sultan taxta çıxıb. Onlar arasında diqqət çəkən şəxslərdən biri də III Murat olub. 21 il hakimiyyətdə qalan lideri digərlərindən fərqləndirən ən mühüm xüsusiyyət isə onun 100-dən çox uşağının olması idi.
 
Manevr.az sfera.az-a istinadən III Muratla bağlı maraqlı məlumatları təqdim edir.
 
Osmanlı sultanı 1546-cı il iyulun 4-də Manisada doğulub, 1595-ci il yanvarın 16-da vəfat edib. Həmin dövrdə hərəm həyatı tamamilə gizli və özəl bir sahə olduğu üçün tarixi qeydlərdə dəqiq bilgilər əldə etmək mümkün deyil. Ancaq ən çox uşaq sahibi olan Osmanlı Sultanı III Muratın 6 arvadı və 40-a yaxın cariyəsi olduğu barədə məlumatlar var.
 

Onun həyat yoldaşları arasında diqqətçəkən adlardan biri Safiye Sultandır. Əsl adı Sofia Baffo olan Safiye Sultan əslən venesiyalıdır. O, səyahət zamanı türk quldurları tərəfindən əsir götürülüb, daha sonra saraya cariyə kimi satılıb. Tarixi mənbələrə görə, III Muratın digər həyat yoldaşları arasında Şemşiruhsar Hatun, Mihriban Hatun, Şahihuban Hatun, Nazpərver Xatun və Fahriye Hatun da var.
 
Cinsi əlaqəyə girərək öldü…
 
III Muratın evliliyindən 100-dən çox övladı olsa da, onların əksəriyyəti körpəlikdə dünyasını dəyişib. 30 qız və 19 oğlan olmaqla ümumilikdə 49 övladı sağ qalıb. Bu vəziyyət isə ondan sonra taxt mübarizəsini alovlandırıb. Sultanın 25 oğlu olduğu deyilir - onlardan 22-nin adı məlumdur. Osmanlı sultanı öləndə onun 7 cariyəsi hamilə olub.
III Muratın cinsi əlaqəyə girərək öldüyü haqda şayiələr də var. İddia olunur ki, 49 yaşında dünyasını dəyişən III Murat ordunun başında duraraq səfərə çıxmır, cariyələrlə vaxt keçirməyi xoşlayırmış. Onun bu qədər uşaq sahibi olmasının səbəbi isə anası Nurbanu Sultan ilə həyat yoldaşı Safiyə Sultan arasındakı münaqişə olub. Nurbanu Sultan bütün hakimiyyəti əlində saxlamaq və oğlunu Safiyə Sultanın gözündən salmaq istəyib. Bu səbəbdən dünyanın müxtəlif yerlərindən gənc və gözəl qadınları hərəmxanaya gətizdirib.
 
Hətta məlumatlara görə, III Muratın 500-ə yaxın cariyəsi var idi. Sultanın bu qədər cariyə ilə cinsi əlaqədə olmasına, bu qədər uşaq sahibi olmasına baxmayaraq, Safiyə Sultanın sevgisi eyni qalıb. Ona görə də o, getdikcə daha da güclənib və dövlətin başına bəla olub.
 
Bir gecədə 19 qardaşını qətlə yetirdi...
 
III Muratın böyük oğlu III Mehmet Osmanlı tarixinin ən qanlı hadisələrindən birinə imza atıb. O, taxta çıxmaq üçün bir gecədə və eyni vaxtda 19 qardaşını boğaraq öldürüb, atasından hamilə qalan bir çox cariyələri dənizə atıb. Şayiələrə görə, xalq bu hadisədən sonra ona qarşı kin bəsləyib. İş o yerə çatıb ki, sultan Mehmet V. Reşad qılınc tutma mərasimində “Mən uşaq qatilinin məzarını ziyarət etmək istəmirəm”, deyib və babasının məzarına getməkdən imtina edib.
 
Qeyd edək ki, III Muradın məzarı Ayasofya məscidində yerləşir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar