Xəbər lenti
Stalini “məhv etmək” istəyən marşal – Blyuxeri “NKVD”-nin təcridxanasında işgəncə verərək öldürüblər
Tarixi faktlar sübut edir ki, İosif Stalin siyasi rəqiblərindən daha çox yüksəkçinli hərbçilərdən ehtiyat edib, hərbi çevriliş ehtimalı sovet liderində daha çox narahatlıq yaradıb.
Manevr.az musavat.com-a istinadla bildirir ki, məhz elə bu “narahatlığın” səbəbindən 1930-cu ilin ortalarından başlayaraq ali rütbəli hərbçilər repressiyaya məruz qalıblar. 1936-cı ilin sentyabr ayında Nikolay Yejov “NKVD”-yə komissar təyin edildikdən sonra isə bu proses daha da intensiv xarakter alıb.
Stalinin “qara siyahı”sına düşənlərdən biri də Vasili Blyuxer olub. Qeyd edək ki, Blyuxer 1935-ci ildə SSRİ-də Sovet İttifaqı Marşalı rütbəsi alan ilk beş hərbçidən biri olub. I Dünya və Vətəndaş müharibəsinin iştirakçısı olan marşal həmkarları arasında yüksək peşəkarlığı ilə fərqlənib. Sovet hökuməti qurulduqdan sonra yeni yaradılmış ölkədə ordu quruculuğu işində Blyuxerin böyük xidmətləri olub.
Sözsüz ki, Stalinin hərbçilərə qarşı sərt münasibəti, onların taleyini Yejov kimi bir cəllada tapşırması Blyuxeri də narahat edib. Marşal xarakter etibarı ilə açıq insan olub, istənilən yüksək ranqlı məmurla münasibətləri açıq şəkildə aydınlaşdırmaqdan çəkinməyib. O cümlədən Blyuxer Stalinlə də açıq danışmaqdan qorxmayıb.
1936-1937-ci illərdə Blyuxer Uzaq Çərq Xüsusi Cəbhəsinin komandanı olanda “NKVD”-nin Uzaq Şərq idarəsinin əməkdaşları bir neçə dəfə onun fəaliyyətini yoxlamaq istəyəndə marşal buna imkan verməyib. Blyuxerlə Yejovun arasında telefon danışığı olub. Marşal “NKVD” rəhbərinə xəbərdarlıq edib ki, SSRİ Xalq Müdafiə Komissarlığının (Müdafiə Nazirliyinin) icazəsi olmadan ordunun işinə müdaxilə etməsin. Nazir statusunda olan Yejovu cəbhə komandanı statusunda olan Blyuxerin bu cür cavabı qəzəbləndirib. Yejov bir-birinin ardınca Stalinə Blyuxer haqqında mənfi arayışlar təqdim edib. “NKVD” rəhbərinin bu iyrənc əməlindən Blyuxer də məlumatlı olub. Marşal yaxşı anlayıb ki, bir tərəfdən yüksəkçinli hərbçilərin həbs edilməsi, digər tərəfdən də Yejovun Stalinə ötürdüyü yanlış informasiyalar heç də xoşluqla bitməyəcək. Bunları dərk edən Blyuxer Stalinlə açıq danışmağa qərar verib.
Beləliklə, Moskvaya növbəti səfərində Blyuxer Stalinini qəbuluna gəlib. Uzaq Şərqdəki vəziyyəti ona məruzə etdikdən sonra ondan soruşub:
Yoldaş Stalin, siz mənə etibar edirsinizmi?
Adətən suallara cavab verməzdən əvvəl bir neçə saniyə düşünən Stalin marşalın sualına düşünmədən cavab verib:
Biz sizə həm etibar edirik, həm də ümid edirik ki, Uzaq Şərqdə vəziyyət biz istədiyimiz kimi olacaq.
Araşdırmaçıların qənaətinə görə Stalin bu cavabında heç də səmimi olmayıb. Belə ki, Stalinin iş masasının üstündə Yejovun Blyuxerin həbs edilməsi haqqında təqdimatı hazır vəziyyətdə olub. Stalin onu imzalamağa tələsməyib. Çünki Uzaq Şərq sərhədlərində hələ bir çox mübahisəli məsələlər öz həllini gözləyib.
Bu görüşdən sonra Blyuxer həbs şübhələrindən qurtulub. Hətta 1938-ci ilin fevral ayında marşala ikinci “Lenin” ordeni də təqdim edilib. Bununla yanaşı ona Moskvada mənzilin verilməsi məsələsi də həll olunub. Blyuxer yaxın aylarda Moskvada Müdafiə Komissarlığında yeni vəzifəyə təyinat da gözləyib. Amma Yejov da sakit dayanmayıb. Onun Stalinə hazırladığı sonuncu arayışda Blyuxerin Yaponiya kəşfiyyatına işlədiyi qeyd edilib. Bununla yanaşı Yejov Stalinlə görüşəndə Blyuxerin hərbi çevrilişə hazırlaşdığını, onu fiziki cəhətdən məhv etmək haqqında düşündüyünü də bildirib.
Stalin aylar öncə Blyuxerin həbsi ilə masasının üstünə qoyulmuş təqdimata dərkənar qoyub: “Həbs edilsin”.
1938-ci ilin sentyabr ayında Blyuxer Moskvaya gəlib. Ona “Hökumət evi”ndəki yeni mənzilinin açarlarını veriblər. Müdafiə Komissarlığında marşala bildirilib ki, məzuniyyətindən sonra o, yeni vəzifəyə təyin olunacaq.
Marşal ailəsi ilə birlikdə məzuniyyətinin qalan hissəsini Soçidə keçirib. O, Soçidə Kliment Voroşilovun baş evində yaşayıb. Oktybrın 22-də səhər saatlarında “NKVD” əməkdaşları həmin bağ evində Blyuxerə Yejovun imzaladığı həbs haqqında orderi təqdim ediblər. Blyuxer, həyat yoldaşı və onlarla birlikdə istirahət edən qardaşı xüsusi qatarla Moskvaya aparılıb.
Blyuxer “NKVD”-nin təcridxanasında saxlanılıb. Onun istintaqı 18 gün çəkib. Bu 18 gündə marşalı 21 dəfə sorğu suala tutublar. Blyuxer ona qarşı qaldırılan ittihamları, antisovet fəaliyyətini və Stalini fiziki cəhətdən məhv etmək istədiyini etiraf etməyib. Ağır işgəncələrə məruz qalan marşalın yalnız bir cümlə deməyə gücü çatıb: “Mən vətən xaini deyiləm və heç kimi öldürmək niyyətim olmayıb...”
Blyuxerin istintaqı sona çatmayıb, ona hökm oxumayıblar. Marşal ona verilən işgəncələrdən təcridxanada ölüb. İnsan hüquqlarının müdafiəsi üzrə ekspertlərin açıqlamasına görə SSRİ-nin mövcud olduğu 70 il ərzində təcridxanalarda, cəzaçəkmə müəssisələrində heç kimə Blyuxer qədər işgəncə verilməyib. Bu işgəncələr zamanı onun bir gözünü də çıxarıblar. Şahidlərin ifadəsinə görə marşal insandan çox dağılmış ət parçasına bənzəyib.
1955-ci ildə bir qrup yüksək rütbəli hərbçi Nikita Xruşşova müraciət ünvanlayaraq Blyuxerin məsələsinə yenidən baxılmasını, bəraət verilməsini xahiş ediblər. SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə əfsanəvi marşal Blyuxerin 1938-ci ildə həbs edilməsi əsasız sayılıb və o, (ölümündən sonra) bəraət alıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar