Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

10 yaşınadək gürcü kəndində böyüyən Putin: onun haqda bilmədiyimiz gerçəklər

Tarix: 09-01-2023 16:08     Baxış: 4908 A- / A+
Rusiya Prezidenti Vladimir Putinin tərcümeyi-halı, harada anadan olub, onun əsl valideynləri kimdir və niyə ondan imtina ediblər? 
Putinin ögey gürcü atasının ona qarşı qəddar rəftarı, babaları onu kimə verib...
Polşa yazıçısı, jurnalist Kristina Kurçab-Redlix Putin barəsində bu və digər araşdırmaları nəticəsində hazırladığı “Vova, Volodya, Vladimir. Putinin Rusiyasının sirləri” kitabı barədə “qordon”a müsahibəsində danışıb. 
Gürcü kəndi Metexidə böyüyən Putin və gürcü atası Gergi Osepaşvili...
Kristina Kurçab deyir: “Məndən Volodyanın mənşəyini soruşursan, deyirsən ki, bu, “bombadır”. Bu, ümumiyyətlə, mənim kəşfim deyil. Bu, 2000-ci ilin martında keçirilən ilk prezident seçkilərindən əvvəl Putin üçün ən dəhşətli kəşf idi. Və bu, qadını tapan Gürcüstanın “Aliya” qəzetinin jurnalistləri tərəfindən edilən kəşfdir.
Hətta dövrünün tanınmış jurnalisti “Tam məxfi” (Soverşenno sekretno) nəşrinin rəhbəri Artem Borovik bu axtarışın qurbanı oldu və o, təyyarə qəzasında öldürüldü.
Borovik o zaman prezidentliyə namizəd olan Vladimir Putinin uşaqlığı və heç kimin tapa bilmədiyi ən gizli məlumatları əldə edə bilir. 
“Aliya” qəzetinin jurnalistləri Gürcüstanın gürcü Metexi kəndində Putinin əsl anasını tapdıqlarını deyirlər.
Kənd sakinləri deyir ki, həqiqətən, 1954-cü ildən 1960-cı ilə qədər Georgi Osepaşvili ilə evlənən Vera Nikolayevna Putinanın bir yerdə yaşadığı Volodya adlı oğlu yaşayıb. Amma Braziliya seriallarında olduğu kimi xüsusi görünən heç nə baş vermədi. Mənim məqsədim sensasiya axtarmaq olmayıb. Mən bu adamın qəddarlığının psixoloji köklərini axtarmağa çalışmışam”.
Putinin əsl anası - Vera Nikolayevna 
O əlavə edib ki, Putinin əsl anası Vera Nikolayevna Putin Perm vilayətinin Oçer şəhəri ilə bitişik Terexin şəhərindəndir. 
“İkinci Dünya Müharibəsi başa çatanda onun 19 yaşı olub. O, kənd təsərrüfatı və mexanizasiya texnikumuna qəbul olub və orada bir oğlanla tanış olur. Onunla görüşüb, bir yerdə yaşayır. Ondan hamilə olduğunu biləndə və həmin kişinin evli olduğu məlum olanda bütün digər qadınlar kimi anasının yanına qaçır. 1950-ci ilin oktyabrın 7-də Volodya Putin anadan olur. Ona görə də Putinin 70 yox, 72 yaşı var”- o vurğulayıb.
 
O deyib ki, Vera daha sonra Özbəkistana təcrübə keçməyə gedir: 
“Orada gürcü əsilli əsgər Giorgi Osepaşvili ilə tanış olur və çox qısa zamanda evlənirlər. O da digər gürcülər, Qafqaz adamları kimi ona necə zəngin olduğunu, orada hər şeyin necə gözəl olduğunu, necə evi olduğunu söyləyir. Vera da ona inanır. Lakin Osepaşvilinin yaşadığı Mexetiyə gedir və hər şeyin yalan olduğunu görür. 
Hətta 2019-cu ilin oktyabrında onunla danışdığımda o, nəyə görə orada qaldığını izah edə bilmədi. Amma həqiqətən də sonradan bildim ki, o, onu çox sevib”.
Gürcü kəndi Metexeni birdəfəlik tərk edən 10 yaşlı Putin
Polşalı yazıçı deyir ki, anası Volodyanın 10 yaşı olanda onu tərk edib:
“Vova üçüncü sinfi bitirəndə 10 yaşı var idi. Anası normal yaşaya bilməsi nəticəsində daha çox əziyyət çəkməməsi üçün onu Urala valideynlərinin yanına aparır. Lakin onu son dəfə görəcəyini heç düşünməmişdi. Vera xatirələrində deyir: Mən heç onu qucaqlamadım. O, çox ağladı... Mən ağlamaq istəmirdim və heç qucaqlamadım”.
Yeni səhifədən başlayan həyat - Leninqrad 
Valideynləri sonradan Volodyanı Leninqraddakı qohumlarına verirlər. Onlar da Putin familiyası daşıyıblar.  Mariya İvanovna Şelomova və Putini övladlığa götürən atası da... Onlar yaşlı insanlar idi. Qadının 42, kişinin isə 55-dən artıq yaşı olub. 
Məhz Putinin Leninqradda həyatının yeni səhifəsi açılır. Ona orada yenidən doğum haqqında şəhadətnamə götürülür və 1952-ci il göstərilir. Putin orada yenidən birinci sinfə gedir.
Hətta Putin o zaman gürcü kəndində yaşadığından rus dilində yaxşı danışa bilməyib. Rus dilini zəif bilib. 
Yalan tərcümeyi-hal
Mariya İvanovna Şelomova və Vladimir Spiridonoviç Putinin əsl vadeynləri deyil. Anası Vera İvanovna Putinadır.
O, Leninqradda deyil, Permin Terexinoda ya da Oçerdə anadan olub. Terexino kiçik yaşayış məntəqəsi olduğundan çox güman ki, xəstəxanası olmayıb. Ən böyük ehtimalla Putin Oçer şəhərində anadan olub. 
Odur ki, Vladimir Putinin rəsmi tərcümeyi-halında olanların hamısı başdan-ayağa yalandır. Lakin bu yalan balaca Volodya üçün yeganə həqiqətə çevrilir. Və o, həyatında ilk növbədə nəyi tanımağa başlayır? Həyatı yalanlar üzərində qurulub. Əvvəlki bütün həyatı ögey atalarından məruz qaldığı zülmlərdir. 
Düşünürəm ki, ögey atası ona nifrət etdiyi üçün döyürdü.
 
Leninqrada gəldikdə isə yaşlılar Mariya İvanovna balaca oğlanın əlindən tutub deyir: “Uşaqlar, bu mənim oğlum Volodyadır. Onu incitməyin”. Bunu təkcə mən yox, həm də leninqradlı jurnalist də sübut edib. O, yaşlı adamlarla söhbət edib. Onlar da Volodyanın Mariya İvanovnanın oğlu olmadığını deyiblər. Heç kim onu hamilə görməyib. Heç kim uşaq arabası ilə yeni ata və ya yeni ana görməyib”.
Putinin Tbilisidə iki bacısı yaşayır
Anası Vera Volodya ilə əlaqə saxlamaq istəsələr də buna müyəssər ola bilməyiblər. Veranın valideynləri artıq Volodyanı internata verdiklərini və anası ilə danışmaq istəmədiyini, ona nifrət etdiyini deyirlər.  
Putinin bacısı Sofiya dəfələrlə zəng etsə də, nəticəsi olmayıb.  
Onun iki bacısı Tbilisidə yaşayır.
Başqalarına empatiyası olmayan insan. Uşaqlıqları çətin keçən insanlar həyatda qəddar olur…
Mən bir dəfə demişdim ki, Putin psixopatdır. Xeyr, o, tipik bir sosiopatdır. O, başqalarına empatiyası olmayan insandır.
Qətiyyən deyə bilərik ki, uşaqlığı çətin keçən uşaqların heç də hamısı canavar olmur. Amma demək olar ki, bütün canavarlar çətin uşaqlıq illəri keçirib. Hitlerdə də eyni şey var idi - atası onu döyürdü. Gəlin Üsamə bin Ladenə baxaq - həm də çox çətin bir uşaqlıq dövrü olub. O, dördüncü və ya beşinci arvaddan olan idi. Mussolininin də uşaqlığı dəhşətli olub. Yalnız Lenini istisna etmək olar. Stalinin uşaqlığı necə dəhşətli keçib... Putinin uşaqlığına çox oxşayır… Mənə elə gəlir ki, Putinin həyatının başlanğıcı fərqli olsaydı, bəlkə də belə olmazdı, düşüncəsi başqa yolla gedəcəkdi.ölkə.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar