Sizin Reklam Burada
Xəbər lenti
15-06-2026
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

Eks-prezidentdən sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq

Tarix: 25-04-2017 21:07     Baxış: 3289 A- / A+
Eks-prezidentdən sosial şəbəkə
Sabiq prezident: "Əgər o vaxt facebook, instagram olsaydı və mən də hər çəkdiyim şəkili internetə yükləsəydim, böyük ehtimalla prezident ola bilməzdim".
ABŞ-ın sabiq prezidenti Barak Obama 3 ay aradan sonra ictimaiyyət qarşısında çıxış edib. Çikaqo şəhərində məktəblilərə səslənən Obama, şagirdləri sosial şəbəkələr mövzusunda diqqətli olmağa çağırıb. "Mən də vaxtilə sizin kimi gənc olmuşam. Mənim də çoxlu yadda qalan əyləncəli və çılğın anlarım olub. Əgər o vaxt facebook, instagram olsaydı və mən də hər çəkdiyim şəkili internetə yükləsəydim, böyük ehtimalla prezident ola bilməzdim. Siz nə qədər savadlı olsanız da, sosial media heç nəyi bağışlamır. Bu mövzuda diqqətli olmağınızı tövsiyyə edirəm" — sabiq dövlət başçısı bildirib. Manevr.az "reuters"-ə istinadən xəbər verir ki, Barak Obama, karyerası barədə isə bunları deyib: "Yeni vəzifəm, gənc liderləri həvəsləndirmək və gücləndirmək olacaq". Çıxışı zamanı daha çox gənc liderləri dinləməyə üstünlük verən Obama, "anlamağın ən yaxşı yolu dinləməkdir. Cavab vermək yerinə, dinləyin. Bunu evlilikdə öyrəndim", deyib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar