Xəbər lenti
"Qarabağ"dan möhtəşəm qələbə!

Bu gün "Qarabağ" klubu Avropa Liqasının "pley-off" mərhələsində İsveçin "Göteborq" klubu ilə cavab matçına çıxıb.
"Report"un məlumatına görə, "köhlən atlar" doğma azarkeşlər önündə qələbə qazanaraq Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.
İlk olaraq topa meydan sahibləri toxunub. Oyunun əvvəllərindən rəqibi təzyiq altında saxlayan Qurban Qurbanovun rəhbərlik etdiyi komanda istəyinə maçtın 19-cu dəqiqəsində çatıb. Riçard Almeydanın künc zərbəsindən "Azərbaycansayağı ötürmə"sini kapitan Rəşad Sadıqov Con Alvbagenin qoruduğu qapıdan keçirib. Üstünlüyünü artıran meydan sahibləri 7 dəqiqə sonra azarkeşləri bir daha sevindirib. 26-cı dəqiqədə Dani Kintananın ötürməsini Muarem Muarem boş qapıya göndərərək hesab arasındakı fərqi artırıb. Oyunun 41-ci dəqiqəsində Muarem topu yenidən qapıya göndərsə də rusiyalı referi Vladislav Bezborodov epizodu oyundankənar vəziyyət kimi qiymətləndirib və qol qeydə alınmayıb. İlk hissə bu hesabla da başa çatıb.
İkinci hissədə topu qonaqlar oyuna daxil edib. Meydan sahibləri üstünlüyünü ikinci yarıda da davam etdirib. Oyunun 51-ci dəqiqəsində Muaremin ötürməsini Dani Kintana rəqib qapısına göndərib - 3:0. Oyunun qalan dəqiqələrində qapılara qol vurulmayıb.
İsveçdə keçirilmiş ilk oyunda 0:1 hesabı ilə məğlub olan "Qarabağ" 3:0 hesablı qələbə sayəsində ardıcıl 3-cü dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar