Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

MİT Vasif Talıbovun hansı xəyanətinin üstünü açıb? - Şok açıqlama

Tarix: 28-12-2022 12:49     Baxış: 4866 A- / A+

Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun “səhhətiylə əlaqədar” vəzifəsindən getməsindən sonra ona yönələn ittihamların sırası getdikcə genişlənir. 
Belə ki, onun İran və Rusiya agenturasına işləməsiylə yanaşı, həmçinin, “xan”ın PKK ilə əlaqələrinin olması barəsində də son günlər müxtəlif spekulyasiyalar səslənir. Hətta V.Talıbovu 9 noyabrda Naxçıvan ərazisində Rusiya helikopterinin vurulması məsələsində də günahlandıranlar var. Xatırladaq ki, bundan bir neçə gün öncə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da Vasif Talıbovun PKK ilə əlaqələrinin olduğunu iddia edib. Cəlaloğlu deyib ki, onun vəzifəsindən istefa verməsinə səbəb Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) Azərbaycan hakimiyyətinə olan təklifidir.
Manevr.az xəbər verir ki, məsələnin pərdəarxası məqamlarına toxunan Milli Məclisinin sabiq üzvü, politoloq Cümşüd Nuriyev Yenisabah.az-a açıqlamasında səsləndirilən ittihamların doğruluğunu istisna etməyib:
“Sərdar Cəlaloğlu çox ciddi bir siyasətçidir və bugünə qədər də danışdığından bir yalan çıxmayıb, kifayət qədər də ölçüb-biçən, sözünün sahibi olan bir adamdır. Əgər o, belə deyirsə, deməli, bu informasiya ona ötürülüb. Çünki Sərdar Cəlaloğlu MİT-in işçisi deyil, çox güman, dostlarından biri ona bu məlumatı verib”. 
Eks-deputatın qənaətinə görə, Vasif Talıbovun istefa verməsi təsadüfi ola bilməz:
“Çünki Vasif Talıbov da elə-belə adi adam deyil, kifayət qədər ailəyə yaxın bir adam olub. Vasif Talıbovun ən böyük faciəsi onda idi ki, ailənin ona qarşı olan sevgisinə xəyanətlə qarşılıq verdi. Hakimiyyət iddiasına düşmək, hakimiyyətə gəlmək üçün hansısa xarici kəşfiyyatla, terror təşkilatıyla mütləq əlaqədə olmalısan ki, ölkədə terror törədilsin, xaos yaradılsın ki, sən hakimiyyətə gələsən”. 
C.Nuriyev iddia edib ki, Vasif Talıbovun bu yolu seçməsi onun ağlının məhsulu deyil:
“Vasif Talıbov o qədər uzaqgörən və hər şeyi ölçüb-biçən bir siyasətçi deyil. Görünən odur ki, Ramiz Mehdiyev Naxçıvana gedəndən sonra bütün bu işlər baş verdi və Vasif Talıbov da bunu sürətlə həyata keçirməyə başladı”.
“Xan”ın PKK və İŞİD-lə əlaqələrindən söz açan müsahibimiz əlavə edib:
“Onun İŞİD-lə əlaqəsinin olmasına inanmıram, amma PKK ilə ola bilər. Çünki PKK-nın uzun müddət dəstəkçisi kimi təqdim olunan Sezai Uçar Naxçıvanda idi və orada öz bizneslərinə nəzarət edirdi. Vasif Talıbovun daha çox İran və PKK ilə əlaqəsi səsləndirilirdi. Ona görə ki, həm Sərdar Cəlaloğlu, həm də Heydər Oğuz kifayət qədər ciddi adamlardır. Əgər onların dediklərində hansısa bir yanlış informasiya olsaydı, onlar çoxdan həbs olunmuşdu. Deməli, dövlətin də bundan xəbəri var və əgər Sərdar Cəlaloğlu bunu deyirsə və dövlət də ona qarşı getmirsə, bu məsələ çox ciddi bir məsələdir”. 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar