Xəbər lenti
Mədəniyyət nazirini bitirən SƏBƏBLƏR - Xanımı üçün 3 milyonluq ofis...
Dekabrın 22-də mədəniyyət naziri Anar Kərimov tutduğu vəzifədən azad olunub. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Xatırladaq ki, Anar Kərimov Azərbaycan Prezidentinin 5 yanvar 2021-ci il tarixli sərəncamı ilə mədəniyyət naziri vəzifəsinə təyin edilmişdi.
Adil Qabil oğlu Kərimli Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsindən azad edilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə o, mədəniyyət nazirinin birinci müavini təyin edilib. Bununla yanaşı, mədəniyyət naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası mədəniyyət nazirinin birinci müavini Adil Kərimliyə həvalə edilib.
Adil Kərimli Bakı Dövlət Universitetində Hüquq fakültəsinin həm bakalavr, həm də magistr pillələrini bitirib. Daha sonra Bakı Dövlət Universitetində cinayət hüququ ixtisaslaşması üzrə doktorantura təhsili alaraq, hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib. Daha sonra 4 il “Pro Bono” Vəkil Bürosunda vəkil işləyib. A.Kərimli 2010-cu ildə Azərbaycanın “Eurovision” yarışmasındakı nümayəndə heyətinin rəhbəri olub. Prezident İlham Əliyevin 8 oktyabr 2012-ci il tarixli sərəncamı ilə Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsinə təyin edilib.
Anar Kərimov 2020-ci ilin iyulunda mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti verilmiş, digər sərəncamla Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılmışdı.
Bir ay əvvəl-noyabrın 1-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirməsi bu nazirlikdə baş verənləri, daha doğrusu, ciddi korrupsiya hallarına yol verilməsi, eləcə də nazir Anar Kərimovun postuna adekvat olmayan fəaliyyətini gündəmə gətirmişdi. Yada salaq ki, əməliyyat zamanı mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, nazirliyin Təchizat və Əmlak Şöbəsinin müdiri İlkin Nəsibov, Protokol Şöbəsinin rəisi Kamil Rzayev və digər vəzifəli şəxslər saxlanılaraq istintaqa cəlb ediliblər. Əməliyyat nəticəsində Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi Azər Rəcəbov, həmin idarənin İnsan resursları şöbəsinin rəisi Ələkbər Əliyev və məsləhətçisi Seymur Səfərov barələrində olan korrupsiya əməllərinə görə həbs ediliblər.
Azər Rəcəbov Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə həbs olunmazdan cəmi 6 ay öncə təyinat almışdı. Onu da bu vəzifəyə mədəniyyət naziri Anar Kərimov təyin etmişdi.
DTX-nin keçirdiyi əməliyyatın bütün detalları açıqlanmasa da, nazirliyin yüksək vəzifəli əməkdaşlarının korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına görə saxlanıldığı bildirilirdi.
Mətbuatda yer alan məlumata görə, Hesablama Palatası Mədəniyyət Nazirliyində yoxlama aparıb, Anar Kərimovun vəzifədə olduğu dövr təftiş edilib. Yoxlamaların nəticələrinə gəlincə, nazirlikdə külli miqdarda yeyinti faktının üzə çıxdığı iddia olunurdu.
Qəribə görünsə də, DTX 2020-ci ilin mayında Mədəniyyət Nazirliyində əməliyyat keçirmiş və həmin vaxt nazir müavini Rafiq Bayramov saxlanılmışdı. Korrupsiya olayında adı hallanan Əbülfəs Qarayev 2020-ci il mayın 21-də vəzifəsindən azad edilmiş, bir müddət sonra onun yerinə Anar Kərimov gətirilmişdi. İlk baxışda yeni nazirdən gözləntilər müsbət olsa da, cəmi bir ildən sonra belə neqativ halların üzə çıxması onun karyerasına da nöqtə qoydu.
Məlumata görə, dövlət büdcəsindən ayrılan milyonlarla vəsait Anar Kərimovun yaxın çevrəsinin adına təsis etdiyi və həyat yoldaşı Mehriban Kərimova tərəfindən idarə olunan “Cultural Network House” və digər şirkətlər üzərindən mənimsənilib. Media hələ bir müddət əvvəl yazmışdı ki, Anar Kərimov həyat yoldaşı Mehriban Kərimova üçün paytaxtın mərkəzi küçələrindən birində son bir ildə əldə etdiyi, ümumi sahəsi 400 kvadrat, dəyəri təqribən 3 milyondan çox olan ofis alıb.
Mədəniyyət Nazirliyinə dövlət büdcəsindən ayrılan milyonlara rəğmən, bölgələrin əksəriyyətində mədəniyyət evləri bərbad, baxımsız vəziyyətdədir.(Musavat.com)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar