Sizin Reklam Burada
Xəbər lenti
10-10-2026
09-10-2026
BÜTÜN XƏBƏRLƏR

Kəlbəcər girovları Dilqəm və Şahbazın səhhətində problemlər var

Tarix: 24-04-2017 13:55     Baxış: 3372 A- / A+
Kəlbəcər girovları

"Bizdə olan məlumata görə, erməni girovluğundakı azərbaycanlıların səhhətində müəyyən problemlər var". Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbərinin müavini Eldar Səmədov deyib.

Onun sözlərinə görə, bu məsələ Dövlət Komissiyasının əməkdaşlıq etdiyi beynəlxalq təşkilatla ətraflı müzakirə olunub. Həmin beynəlxalq təşkilat da girovluqda saxlanılan azərbaycanlıların səhhəti ilə bağlı məsələnin araşdırılacağı, hətta beynəlxalq həkimlərin dəvət edilərək onların səhhətlərinin monitorinq ediləcəyi barədə məlumat veriblər.

E.Səmədov girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması istiqamətində işlər görüldüyünü də bildirib.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz yaxınlarının məzarlarını ziyarət etmək istəyərkən erməni əsgərləri tərəfindən girov götürülüblər. Onların yanında olan Həsən Həsənov isə öldürülüb. Adıçəkilən şəxslərin üzərində qurulan saxta məhkəmə ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.istipress

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar