Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Mübariz Mənsimov etiraz aksiyasına dəstək verdi:"Möhkəm dayanın, qürurla dayanın, Vətənimizi sevərək dayanın!”.

Tarix: 13-12-2022 21:46     Baxış: 31 251 A- / A+
Mübariz Mənsimov 


Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən keçirilən aksiyaya iş adamı, "Palmali" Şirkətlər Qrupunun qurucusu  Mübariz  Mənsimov  dəstək verdi:
“Sizin arxanızda güclü, qüdrətli, müasir Azərbaycan dövləti dayanır. Möhkəm dayanın, qürurla dayanın, Vətənimizi sevərək dayanın!”
İki gündür ki, Şuşa-Xankəndi yolunda Azərbaycan vətəndaş cəmiyyəti təmsilçilərinin keçirdiyi etiraz aksiyasını xüsusi diqqətlə və həyəcanla izləyirəm. Əli silahsız insanlar Vətən uğrunda avtomat, pulemyot, hətta qumbaraatanlarla silahlanmış rus "sülhməramlıları" ilə qarşı-qarşıya dayanıb. Rus əsgərlərinin düz gözünün içinə baxır qorxmaz oğullarımız. Bu, sözün əsl mənasında, cəsarət, mərdlik və vətənpərvərlik nümunəsidir. Bu, əsl "yumşaq güc" siyasətidir. Bu, eyni zamanda, Azərbaycan insanının daxili aləminin zənginliyinin bariz göstəricisidir. Azərbaycanlılar, nə qədər sevirsiniz Vətənimizi, Qarabağımızı! Heyranam bu sevgiyə və fədakarlığa. Mövzu Vətəndirsə, hamı ayaqdadır! Uzaqdan da olsa, sizləri alqışlayıram, dəstəkləyirəm, həmrəy olduğumu bildirirəm. Biz birlikdə güclüyük! Aksiyadan paylaşılan hər bir kadr, hər bir çıxış qürurdur, fərəhdir, fəxrdir. Tanrı sizləri qorusun! Ürəyim, qəlbim, ruhum sizinlədir, əziz qardaş və bacılarım. Sizə istənilən köməyi göstərməyə hazıram. Canla-başla... Bir kəlmə sözünüz yetərlidir. Sizin arxanızda güclü, qüdrətli, müasir Azərbaycan dövləti dayanır. Möhkəm dayanın, qürurla dayanın, Vətənimizi sevərək dayanın... Necə ki, dayanırsınız... Hər biriniz böyük və şanlı tariximizin daha bir səhifəsini yazırsız. İmzanız xoşbəxt gələcəyimizdə mütləq görünəcək...

Manevr.az





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar