Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Vasif Talıbov Bakıya gəlməkdən İMTİNA ETDİ

Tarix: 12-12-2022 21:29     Baxış: 31 279 A- / A+
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Naxçıvan Muxtar Respublikasında apardığı anti-korrupsiya əməliyyatlarından sonra MR Ali Məclisinin sədri Vasif Talıbov Bakıya gəlməkdən imtina edir.
Manevr.az xəbər verir ki, bu barədə mötəbər mənbələrdən "azpolitika.info"ya məlumat daxil olub.
Bildirilib ki, DTX-nın həbsli əməliyyatlarından sonra Vasif Talıbov yaranmış vəziyyətin müzakirəsi üçün 2 dəfə Bakıya dəvət olunub. Lakin o, gəlməkdən imtina edib. MR rəhbəri yalnız Prezident İlham Əliyev tərəfindən qəbul olunacağı təqdirdə Bakıya gələcəyini bildirib.
V.Talıbov ümummilli lider Heydər Əliyevin anım günündə onun məzarını ziyarət etmək üçün də Bakıya gəlməyib, bu gün Naxçıvandakı büstünü ziyarət etməklə kifayətlənib.
Ehtimal olunur ki, MR rəhbəri həbs olunacağından ehtiyat etdiyi üçün Bakıya gəlməkdən imtina edir. V.Talıbov əmindir ki, istintaqa cəlb olunanlar və artıq həbsə atılanlar öz ifadələrində həqiqəti etiraf ediblər.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar