Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycana işıq saçan sönməz günəş

Tarix: 12-12-2022 14:14     Baxış: 41 121 A- / A+



                                      Firad Əliyev

Uca Allah tərəfindən hər bir xalqın taleyinə tarixin müəyyən mərhələlərində günəş kimi bərq vuran nəhəng şəxsiyyətlər əta olunur ki, həmin böyük insanlar millətini və dövlətini bəlalardan qurtarmaqla, onun firavan gələcəyini şərtləndirən yol xəritəsi müəyyən edirlər. Dünyaşöhrətli siyasətçi, xalqımızın Ümummilli Lideri Heydər Əliyev də belə tarixi şəxsiyyətlərdəndir. 
Azərbaycan xalqı bu baxımdan özünü iki qat xoşbəxt hesab edə bilər, çünki Tanrı bu xalqa iki belə tarixi şəxsiyyəti ardıcıl olaraq bəxş edib. Qürurvericidir ki, bu gün millətimizə Prezident İlham Əliyev kimi xalq üçün yaşamağı həyat amalına çevirmiş, dünya rəhbərlərinə örnək olan müdrik şəxsiyyət liderlik edir.
Manevr.az xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi - Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyevin “Azərbaycana bərq vuran sönməz günəş” sərlövhəli məqaləsində əksini tapıb. Həmin məqaləni təqdim edirik.
Artıq 19 ildir ki, Ulu Öndər Heydər Əliyev cismən bizim aramızda olmasa da, o, ruhən daim bizimlə olub və hər kəs onun parlaq xatirəsini hər bir məqamda böyük ehtiramla xatırlayıb. Əminəm ki, hər zaman belə də olacaq və qədirbilən Azərbaycan milləti ali insani keyfiyyətləri özündə cəmləşdirmiş, ömrünü xalqına həsr etmiş vətənpərvər şəxsiyyəti bir an belə unutmayacaq. Təsadüfi deyil ki, hər il mayın 10-da və dekabrın 12-də Fəxri xiyabanda izdiham müşahidə olunur. Böyükdən-kiçiyə hər kəs Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edir, dahi şəxsiyyətin əziz və unudulmaz xatirəsini ehtiramla anır. Sözsüz ki, bütün bunlar Ulu Öndərə olan sonsuz xalq məhəbbətindən irəli gəlir ki, bu sevgi də onun Azərbaycan dövləti və xalqı qarşısındakı misilsiz xidmətlərindən doğur.
Dahi şəxsiyyət Heydər Əliyevin anım günü həm respublikamızda, həm də onun hüdudlarından uzaqlarda da qeyd olunur, əbədiyaşar liderimizin nurlu xatirəsi dərin ehtiramla yad edilir. Hər il olduğu kimi, bu il də həm Baş Prokurorluqda, həm də Hərbi Prokurorluqda Ulu Öndərin anım günü qeyd edilib, böyük insanın əziz və unudulmaz xatirəsi hörmətlə anılıb. Əminik ki, neçə illər, qərinələr, əsrlər keçsə belə, bu ənənə davam edəcək.
Şərəfli ömrünü Azərbaycanın qüdrətlənməsinə və xalqına həsr etmiş Ümummilli Lider Heydər Əliyev hələ 1969-cu il iyulun 14-də ölkəmizə rəhbərlik etdiyi ilk günlərdən milli məfkurənin formalaşdırılmasını və Azərbaycanı hərtərəfli və sürətli inkişaf etdirməklə müstəqil dövlətə çevirməyi qarşısına məqsəd qoydu. Onun Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçilməsindən sonra Azərbaycan tarixi tam fərqli, yeni mərhələyə qədəm qoydu ki, bu da Azərbaycana və azərbaycanlılara qarşı münasibətin tədricən dəyişməsinə səbəb oldu. Bununla da iqtisadi, sosial, siyasi, mədəni və digər sahələrdə tənəzzül dövrünü yaşayan dövlətimizdə dinamik və çoxşaxəli yüksəlişin, milli ruhun formalaşmasının əsası qoyuldu. Müdrik lider Heydər Əliyev fitri istedadı, tükənməz gücü, iti zəkası, dərin düşüncəsi, uzaqgörən məntiqi, sarsılmaz iradəsi və dönməz qətiyyəti sayəsində Azərbaycanı parlaq gələcəyə aparan yolu hələ o dövrdə müəyyənləşdirdiyi və sonradan ölkəmizin həmin yolu uğurla getməsini yüksək məharətlə təmin etdiyi üçün Azərbaycan tarixinin 1969-2003-cü illəri əhatə edən dövrü yaddaşlara “Heydər Əliyev dövrü” kimi həkk olunub. Böyük şəxsiyyət Heydər Əliyev elə o dövrdə, təbii ki, mövcud olan ideologiyaya kəskin zidd olmayan formada olsa belə, Azərbaycanda milli ruhun sıxışdırılmasına qəti olaraq imkan verməyərək, onu yüksəltmək yolunda bütün vasitələrdən mümkün dərəcədə istifadə edirdi. Təsadüfi deyil ki, onun ilk dəfə hakimiyyətə gəlişi özünəqayıdışın, özünüdərkin, milli ruhun, azərbaycançılıq məfkurəsinin formalaşmasının başlanğıcı kimi qəbul edilir. Məhz o dövrdən etibarən əsası qoyulan Heydər Əliyev fəlsəfəsinin prioritet istiqamətini xalqın milli özünüifadəsinin bütün üsul və vasitələrinin geniş formalaşdırılmasına, milli şüurun möhkəmlənməsinə və millətin qürur hissinin yüksəlişinə təkan verən strategiyanın reallaşdırılması təşkil edirdi. Görkəmli siyasi xadim Heydər Əliyevin formalaşdırdığı və inkişaf etdirdiyi milli özünüdərk duyğuları, azərbaycançılıq fəlsəfəsi xalqın tarixi yaddaşını özünə qaytarmaqla, milli ruhun sürətli yüksəlişini təmin edərək, müstəqil dövlətçiliyimizin yaranması üçün zəruri olan dünya azərbaycanlılarının həmrəyliyinə rəvac verdi.
Ötən əsrin 70–ci illərindən formalaşan iqtisadi potensialın tərəqqisi azadlıq mübarizəsini zəruri edən amillərdən olduğundan 80-ci illərin sonu, 90-cı illərin əvvəlində müstəqillik hərəkatının vüsət alması da Ulu Öndər Heydər Əliyevin birinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə reallaşan iqtisadi inkişaf və ona paralel olaraq azərbaycançılıq, həmrəylik, mübarizlik ruhunun təşəkkül tapması sayəsində mümkün oldu.
Hər kəsə məlumdur ki, Ümummilli Liderin ikinci dəfə respublikamıza rəhbərliyinin ilk illərində Azərbaycan vətəndaş müharibəsindən təzəcə qurtulmuş, atəşkəs rejimini yenicə əldə etmiş dövlət olduğundan, həmin vaxtlarda böyük investorların diqqətini ölkəmizə cəlb etmək, onları inandırmaq, sərmayə qoymaq üçün həvəsləndirmək çox müşkül, demək olar ki, mümkünsüz bir məsələ idi. Azərbaycanın müstəqil dövlət kimi varlığı və inkişaf etməsi üçün respublikanın iqtisadi potensialı əsas şərt sayılsa da, bu potensialdan səmərəli istifadənin çox mühüm əhəmiyyət kəsb etdiyini hər zaman vurğulayan Ulu Öndər Heydər Əliyev ölkədəki çətin vəziyyətə baxmayaraq, 1994-cü ilin sentyabrında Azərbaycanın parlaq gələcəyində mühüm rolu olan “Əsrin müqaviləsi” kimi bir tarixi müqavilənin bağlanılmasına müvəffəq oldu. Bakı-Tibilisi-Ceyhan neft kəmərinin təməlini də Azərbaycan neftinin dünya bazarlarına çıxmasında gərgin əməyi və yorulmaz fəaliyyəti olan vətənpərvər şəxsiyyət Heydər Əliyev qoymuşdur. Azərbaycanın dünyada böyük qaz potensialına malik olan bir dövlət olduğunu sübut edən “Şahdəniz” layihəsinin və digər əhəmiyyətli layihələrin reallaşması da bu dahi insanın dühasının və misilsiz xidmətlərinin nəticəsi olmuşdur.
Sevindirici və qürurvericidir ki, Ümummilli Lider Heydər Əliyevin mükəmməl siyasətini zamanın tələbləri ilə uzlaşdırmaqla layiqincə davam etdirən Prezident İlham Əliyevin hərtərəfli bilikləri, dərin düşüncəsi, polad iradəsi, sarsılmaz qətiyyəti, yorulmaz fəaliyyəti, eləcə də xalqımızın müdrikliyi və əzmkarlığı sayəsində Azərbaycan ardıcıl uğurlar əldə edir. Ölkəmizdə ictimai-siyasi sabitlik hökm sürür, dövlətimiz bütün sahələr üzrə inkişaf edərək durmadan qüdrətlənir, eləcə də işğaldan azad olunmuş torpaqlar da daxil olmaqla regionların tarazlı tərəqqisi təmin edilir və əhalinin rifahı daha da yaxşılaşır. Qazanılan uğurlar sırasında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hərbçilərimizin misilsiz şücaət və qəhrəmanlıq göstərərək düşmən üzərində möhtəşəm Qələbəmizi təmin etməsini, lider-xalq-ordu birliyinin nəticəsində 30 ilə yaxın işğal altında olan dədə-baba torpaqlarımızın hərbi və siyasi-diplomatik yolla azad edilərək, ərazi bütövlüyümüzün bərpa olunmasını, bununla da Azərbaycan tarixinə növbəti parlaq səhifələr yazıldığını xüsusi vurğulamaq lazımdır. Dövlətimizin qüdrətlənməsi prosesi müxtəlif illərin göstəriciləri ilə də təsdiqini tapır. Belə ki, ölkəmizdə ilbəil qeyri-neft sənayesi, kənd təsərrüfatı, eyni zamanda, əməkhaqqı, pensiya və digər müavinətlər durmadan artır. Sadalananlarla bərabər, valyuta ehtiyatlarımızın qorunub saxlanılması və manatın məzənnəsinin sabitliyi də təmin edilir. Bütün bunlarla yanaşı, reallaşdırılması nəzərdə tutulan tədbirlərdən və işlərdən heç birinin, o cümlədən hər hansı sosial layihənin icrası təxirə salınmır. Qeyd etmək lazımdır ki, ölkəmizin sürətli inkişafı beynəlxalq təşkilatlar tərəfindən də hər zaman yüksək qiymətləndirilir.
Vurğulamaq zəruridir ki, dövlətimizin hərtərəfli inkişaf edərək qüdrətlənməsində, həmçinin ölkəmizin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində, milli-mənəvi dəyərlərimizin və mədəniyyətimizin dünyada tanınmasında zəngin elmi biliklərə, iti zəkaya və yüksək idarəçilik qabiliyyətinə malik böyük qəlbli insanın-Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti mühüm əhəmiyyət kəsb etməkdədir.
Göründüyü kimi, Ulu Öndərin qurub-yaratdığı, dünya dövlətləri sırasına çıxarmaqla beynəlxalq aləmdə özünəməxsus yerini müəyyənləşdirdiyi müstəqil Azərbaycan son 29 ildə hərtərəfli uğurlar qazanıb. Bu müvəffəqiyyətlərin də qayəsini uzaqgörən şəxsiyyət Heydər Əliyevin dühası təşkil edib. Sözsüz ki, bu möhtəşəm nailiyyətlərin davamlı olmasını ölkəyə artıq 19 ildir ki, rəhbərlik edən Prezident İlham Əliyevin müdrikliyi, mükəmməl siyasi strategiyası, misilsiz xidmətləri və onun etibarlı silahdaşı Birinci vitse-prezident Mehriban Əliyevanın böyük dəstəyi, eləcə də sarsılmaz xalq-iqtidar birliyi şərtləndirir.
Ümummilli Liderin milləti və dövləti qarşısındakı misilsiz xidmətlərini dərindən dərk edən qədirbilən Azərbaycan xalqı dünyaşöhrətli siyasətçi, görkəmli dövlət xadimi, ali insani keyfiyyətlərə malik fövqəlbəşər Heydər Əliyevin parlaq simasını hər zaman böyük hörmətlə xatırlayacaq. Nəhəng şəxsiyyətin əziz və unudulmaz xatirəsi daim dərin ehtiramla anılacaq.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar